Yuxarı

“Liv Bona Dea” Nigar Köçərlidən 222 min manat tələb edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Liv Bona Dea” Nigar Köçərlidən 222 min manat tələb edir

Bakıda fəaliyyət göstərən "Liv Bona Dea Hospital" pasiyent, "Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərliyə qarşı məhkəməyə müraciət edib və yüksək məbləğdə təzminat tələb edir.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, klinika Nigar Köçərlidən ümumilikdə 222.395 manat tələb edir. Bu məbləğin 218.886 manatı maddi zərər, 509 manatı dövlət rüsumu, 3.000 manatı isə hüquqi yardım xərci kimi göstərilib.

İddia pasiyentin sosial şəbəkədə etdiyi paylaşımlarla bağlıdır. Məlum olduğu kimi, Nigar Köçərli sözügedən klinikada əməliyyat olunub və sonradan şəxsi hesabında əməliyyatdan sonra ona qarşı çox pis rəftar edildiyini, həm fiziki, həm də psixoloji sarsıntı keçirdiyini yazıb. O bildirib ki, əməliyyatın uzanması və sonrakı münasibət onda ciddi travmaya səbəb olub.

Bununla bağlı xəstəxana rəhbərliyindən izah tələb edən Nigar Köçərli səhlənkarlığa yol verən əməkdaşların cəzalandırılmasını istəyib. Klinikadan isə bu müraciətə cavab olaraq ittiham xarakterli açıqlama gəlib.

Pasiyentin son paylaşımlarından görünür ki, hazırda o, psixoloji gərginlik yaşayır və həkimlərdən yardım istəyir.

Klinika isə həmin paylaşımların onların işgüzar nüfuzuna zərər vurduğunu əsas gətirərək, məhkəməyə müraciət edib. İş hazırda icraatdadır.

Psixoloji sarsıntı yaşayan pasiyentə izah vermək, araşdırma aparmaq və dəstək göstərmək əvəzinə yüz minlərlə manatlıq iddia qaldırmaq təkcə etik deyil, həm də ictimai baxımdan təhlükəli presedent yaradır. Bu addım faktiki olaraq cəmiyyətə açıq mesajdır: danışsan, şikayət etsən, məhkəmə ilə susdurula bilərsən.

Əgər bir vətəndaş aldığı tibbi xidmətdən narazıdırsa və bunu açıq şəkildə ifadə edirsə, normal sistemlərdə cavab məhkəmə basqısı yox, şəffaf araşdırma olur. Bu cür yanaşma problemi həll etmir, əksinə, səhiyyə sisteminə olan etimadı sarsıdır və digər pasiyentləri də susmağa məcbur edir.

Bu yanaşma təkcə konkret bir pasiyentlə bağlı məsələ deyil - bu, bütün cəmiyyət üçün təhlükəli və pis bir presedentdir.

Tarix
2026.02.16 / 11:34
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev və Vuçiç qeyri-rəsmi səhər yeməyində - Foto

Azərbaycanlılar İrəvanda nələri müzakirə etdi?

Rusiya Qarabağın azad olunmasına kömək edib?!

Ramiz Mehdiyev bu peşəkarları “soyundurdu” - Video

İlham Əliyev litvalı həmkarını təbrik etdi

Mehdiyev işində məni ən çox yandıran, əzən odur ki...

Azərbaycanla buna son qoymalıyıq, qələbəmizə əminəm...

Vuçiçdən Əliyevə minnətdarlıq: Milli lider...

Əliyev açıqladı: Gözlənilməz ssenarilər mövcuddur!

Belqradda Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla