Yuxarı

Heydərovun yeni müavinləri kimlərdir? - Dosye

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydərovun yeni müavinləri kimlərdir? - Dosye

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinə iki yeni nazir müavini təyin edildiyi bildirilir. Belə ki, Yusif Nəbiyev və Cəbrayıl Xanlarov nazir Kəmaləddin Heydərovun müavini olublar.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Yusif Mahmud oğlu Nəbiyev uzun illərdir Fövqəladə Hallar Nazirliyinin yanğın təhlükəsizliyi üzrə baş eksperti vəzifəsində çalışıb.

O, 14 dekabr 2012-ci ildə "daxili xidmət general-mayoru" rütbəsi alıb, 2018-ci ildə isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Naxçıvan Muxtar Respublikasında anadan olan Yusif Nəbiyev Azərbaycanın əməkdar hüquqşünası, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədri (2000-2011), Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri (2011-2022) olmuş Mahmud Nəbiyevin oğludur.

General-mayorun babası Yusif Mustafa oğlu Nəbiyev Naxçıvan MSSR Nazirlər Sovetinin sədri (1970-1979), Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibi (1979-1980) olub.

Cəbrayıl Xanlarov isə 1972-ci ildə Bakı şəhərində doğulub. 1995-ci ildə İqtisad Universitetini bitirib. Daha sonra Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyində işləyib. Onun "gömrük xidməti mayoru" olduğu bildirilir.

O, FHN yaranandan - 2005-ci ildən bu nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində rəisi vəzifəsinə təyin edilib.

Tarix
2026.02.16 / 12:08
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla