Yuxarı

Bu rayonda işıq olmayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu rayonda işıq olmayacaq

Fevralın 25-də Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

İdarədən Axar.az-a bildirilib ki, bununla əlaqədar olaraq Düylün 35/10 kV-luq yarımstansiyadan qidalanan Aza 10 kV-luq və Düylün 10 kv-luq elektrik xətti rayon ərazisində yüksəkgərginlikli elektrik xətlərinin çəkilməsi ilə əlaqədar sifariş əsasında müvəqqəti olaraq açılacaq.

Aparılacaq işlər səbəbindən Ordubad rayonunun Aza, Azad, Dizə, Qoşadizə, Kələntər Dizə, Sabirkənd, Baş Dizə, Gilançay, Düylün, Cənnəb, Üstüpü və Məzrə kəndlərində saat 14:00-dan 15:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Qeyd edək ki, planlı təmir tədbirləri enerji təchizatı sistemlərinin gücləndirilməsi, şəbəkənin etibarlığının artırılması və texniki baxışların aparılması məqsədilə həyata keçirilir. Bu çərçivədə müxtəlif ərazilərdə elektrik xətləri və yarımstansiyalarda mərhələli yenilənmə işləri nəzərdə tutulub.

Tarix
2026.02.25 / 00:47
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla