Yuxarı

Bayram yaxınlaşır, çərəzlər bahalaşdı - Qiymət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayram yaxınlaşır, çərəzlər bahalaşdı - Qiymət

Novruz bayramı yaxınlaşdıqca çərəzlərin qiyməti kəskin artlr. Bayramı fürsət bilənlər qiyməti yüksəldib.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, əvvəllər 17 manata satılan fındıq hazırda 27-28 manatdır:

"Sarı kişmişin qiyməti 9 manat, qara kişmiş isə 8 manat, qabıqlı fındıq keçən il 7 manat idisə, bu il 12 manat, Ordubad cəvizi isə 13 manatdır. Fındıqda bu il bir az qıtlıqdır deyə bahalaşma var".

Bölgələrdə isə qiymətlər bir az fərqlidir.

Qoz 4 manatdan 8 manata kimi, qabıqlı fındıq 4 manatdan 7 manata kimi, qoz ləpəsi 5 manatdan 20 manata kimi dəyişir.

Alıcılar qiymətin ürəkaçan olmadığını bildiriblər.

İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı qeyd edib ki, bahalıq məhsuldarlığın aşağı düşməsi və bu sahədə logistika xərclərinin yüksək olması ilə bağlıdır:

"2025-ci ildə çərəzlərdə ciddi məhsuldarlıq problemi olub, buna görə də bahalaşma var".

İqtisadçı hesab edir ki, bayramla bağlı yaranan müvəqqəti xarakter daşısa da, digər amillərlə bağlı baş verən qiymət artımları elə olduğu kimi qalacaq.

Tarix
2026.02.25 / 14:08
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla