Yuxarı

“Kristal” HARO şirkəti ilə tərəfdaşlığa başladı!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kristal” HARO şirkəti ilə tərəfdaşlığa başladı!

“Kristal” və "HARO" şirkəti arasında memorandum imzalanıb.

Tikinti və daşınmaz əmlak sektorunda fəaliyyət göstərən “Kristal” ilə Almaniyanın premium parket və laminat bazarında TOP istehsalçılardan biri olan "HARO" arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Görüş çərçivəsində tərəflər arasında “Kristal”ın şəhər layihələrinin laminat və parket alışlarını əhatə edən razılaşma əldə olunub. Memorandum “Kristal”ın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev və "HARO" şirkətinin İcraçı direktoru Gerold Schmidt tərəfindən imzalanıb.

Razılaşmaya əsasən, əməkdaşlıq hazırda “təmiri davam edən” mərhələdə olan layihələri əhatə edir. Çərçivə sazişi üzrə alınacaq premium laminat və parket məhsulları “Kristal”ın “City Garden Narimanov”, “Park Yasamal” və “Highland Residence” layihələrində tətbiq olunacaq. "HARO"dan alınacaq premium laminat və parket məhsulları mənzillərin döşəmə örtüklərində tətbiq olunacaq və layihələrdə keyfiyyət standartlarının daha da yüksəldilməsinə xidmət edəcək.

Bu əməkdaşlıq tikinti materiallarının təchizatında davamlı və sistemli yanaşmanın formalaşdırılmasına, eləcə də beynəlxalq keyfiyyət standartlarına uyğun məhsulların yerli layihələrdə istifadəsinə şərait yaradacaq.

Şirkət haqqında

"HARO" Almaniyada fəaliyyət göstərən və uzunillik təcrübəyə malik döşəmə örtükləri istehsalçısıdır. Şirkət premium laminat və parket məhsullarının istehsalı üzrə ixtisaslaşmaqla yanaşı, Almaniyanın TOP parket və laminat istehsalçılardan biri olaraq, məhsulları bir sıra ölkələrdə geniş tətbiq olunur. Keyfiyyət, davamlılıq və müasir dizayn həlləri şirkətin əsas prioritetləri sırasında yer alır.

İmzalanmış memorandum tərəflər arasında uzunmüddətli əməkdaşlığın əsasını qoyur və “Kristal”ın həyata keçirdiyi layihələrdə beynəlxalq istehsalçı məhsullarının istifadəsini nəzərdə tutur.

Tarix
2026.02.25 / 16:55
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla