Yuxarı

Bakıda 8 avtobusun hərəkət sxemi dəyişdirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda 8 avtobusun hərəkət sxemi dəyişdirilir

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar təşkil ediləcək anım mərasimi ilə bağlı Bakının Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Axar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata əsasən, məhdudiyyətlə əlaqədar 4, 10, 21, 30, 32, 46, 49 və 120 nömrəli müntəzəm avtobusların hərəkəti alternativ küçələrdən təşkil ediləcək:

4 nömrəli marşrut

Bakı Ağ Şəhər – “Nəriman Nərimanov” metrostansiyası: 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

“Nəriman Nərimanov” metrostansiyası - Bakı Ağ Şəhər: Neftçilər prospekti – 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi ("Boulevard Hotel Baku") – 1-ci Yaşıl ada küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

10 nömrəli marşrut

Bakı Ağ Şəhər – Yasamal yaşayış kompleksi (MİDA): 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

Yasamal yaşayış kompleksi (MİDA) - Bakı Ağ Şəhər: Neftçilər prospekti – 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi ("Boulevard Hotel Baku"), daha sonra öz hərəkət sxemi üzrə;

21 nömrəli marşrut

“Əhmədli” metrostansiyası – "28 May" NMM: 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

30 nömrəli marşrut

“Xalqlar Dostluğu” metrostansiyası – "28 May" NMM: Babək prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

28 May NMM – Neftçilər metrostansiyası: Yusif Səfərov küçəsi - Babək prospekti, daha sonra öz hərəkət sxemi üzrə;

32 nömrəli marşrut

“Neftçilər” metrostansiyası – "28 May" NMM: 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

"28 May" NMM - Neftçilər metrostansiyası: Neftçilər prospekti – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə;

46 nömrəli marşrut

Günəşli qəsəbəsi – "28 May" NMM: 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

"28 May" NMM - Günəşli qəsəbəsi: Neftçilər prospekti – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə;

49 nömrəli marşrut

68 nömrəli məktəb (Sabunçu rayonu) – "28 May" NMM: Nəcəfqulu Rəfiyev küçəsi - 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

"28 May" NMM - 68 nömrəli məktəb (Sabunçu rayonu): Neftçilər prospekti – 8 Noyabr prospekti - Nəcəfqulu Rəfiyev küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

120 nömrəli marşrut

Hövsan qəsəbəsi – "28 May" NMM: 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

Tarix
2026.02.25 / 17:01
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə yüz milyonlarla dollarlıq ticarət potensialı var - Papoyan

Prezident Xocalıdadır

Prezident, xanımı və qızları Xocavənd sakinləri ilə görüşdülər

İlham Əliyev Xocavəndə getdi

Onların "türklər qətliam törədib" deyə təbliğat aparmaları...

İranda qarışıqlıq olarsa, Azərbaycan… - Fuad Oqtay

Əli Əsədov Fuad Oqtayla görüşdü

Bakı 3 ölkə arasında vasitəçidir - ABŞ-dan mühüm baxış

Bu il minimum əmək haqqı artırılacaq

Mehdiyev bu quruma ağsaqqallıq edir: Kimsə cəsarət etmir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla