Yuxarı

Talıbovun dövründə maaşı verilmədi - Məhkəmədən qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Talıbovun dövründə maaşı verilmədi - Məhkəmədən qərar

Naxçıvanda işdən çıxarılan şəxsə 10 il əvvəlki əmək haqqı ödənilmədiyi üçün şirkət rəhbəri cərimələnib.

Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən "Arkoz Travertin-Mərmər Zavodu" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Səfiyar Süleyman oğlu Abişov barəsində protokol tərtib edilib.

Protokol İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olma) irəli sürülüb və işə məhkəmədə baxılıb.

Məlum olub ki, E.T adlı şəxs 6 iyun 2025-ci ildə Simran Əhmədova və Dövlət Əmək Müfəttişliyi Xidmətinə ərizə təqdim edərək bildirib ki, "Arkoz Travertin-Mərmər Zavodu" MMC-də işlədiyi 2011-2016-cı illərdən qalan son haqq-hesabının ödənilməsini tələb edib. Simran Əhmədov isə bundan imtina edərək, borcun köhnə rəhbərlik dövrünə aid olduğunu deyib.

Məhkəmənin hökmü ilə "Arkoz Travertin-Mərmər Zavodu" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 2000 manat cərimə edilib.

Qeyd edək ki, sözügedən zavod vaxtilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun biznes strukturu kimi tanınıb. Bəzi iddialara görə, Vasif Talıbov Ali Məclis sədri vəzifəsindən istefa verdikdən sonra zavod üzərindəki nəzarəti də itirib. E.T adlı şəxs Vasif Talıbovun zavoda nəzarəti dövründəki borcunu tələb edib.

Tarix
2026.02.25 / 17:15
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla