Yuxarı

Bakıda dostunun atasını bıçaqlayana ağır cəza...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda dostunun atasını bıçaqlayana ağır cəza...

Bakı Ağır Cinayətlər Məhkəməsində Şüvəlanda dostunun atasını öldürməyə cəhd edən Zahid Bayramovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmədə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən Z. Bayramovun 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qısa müşavirədən sonra məhkəmə tərkibi təqsirləndirilən Zahid Bayramovun 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan edib.

Xatırladaq ki, ittiham aktına əsasən, hadisə Şüvəlan qəsəbəsində baş verib. Zahid Bayramov bıçaqla qonşusu İnqilab Bayramovun döş qəfəsinə və bədənin digər nahiyələrinə bir neçə dəfə zərbə vuraraq hadisə yerindən uzaqlaşıb.

Zərərçəkmiş Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Vaxtında göstərilən tibbi yardım nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Zahid Bayramov Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Tarix
2026.02.26 / 13:38
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, xalqımıza qarşı nifrət üzərində qurulmuş bir təxribatdır

ABŞ hücum etsə, Türkiyə ordusu İrana daxil olacaq?

Fransa Azərbaycana başsağlığı verdi

Bəzi nazirlik və komitələr ləğv olunacaq

Putin general-polkovniki Bakıya göndərdi: Əliboş qayıdacaq!

Prezident Xocalı Soyqırımı Memorialının açılışında...

İran Azərbaycan sərhədində hava məkanını bağladı

Azərbaycanla atəşkəsdə Putinin rolu... - Paşinyan

Paşinyan Polşada Azərbaycan və Türkiyədən danışdı

Türkiyə XİN Azərbaycana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla