Yuxarı

Sumqayıtda Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıtda Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı

Sumqayıt şəhərində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələri və qazilər, Sumqayıtda məskunlaşan Xocalı sakinləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidə önünə gül dəstələri düzüb, Xocalıda həlak olan soydaşlarımızın xatirəsini ehtiramla yad ediblər. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Xocalı sakinləri ilə görüşərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş ən ağır soyqırım cinayətlərdən biri olduğunu vurğulayıb.

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayının 19–20-də həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi və konstitusiya quruluşunun tam bərpa olunduğu, Xocalı qurbanlarının qisasının alındığı və onların qanının yerdə qalmadığı vurğulanıb.

Qeyd olunub ki, dövlətimiz şəhid ailələrinə, müharibə iştirakçılarına və Xocalı sakinlərinə daim diqqət və qayğı ilə yanaşır. Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlər davam etdirilir.

Tarix
2026.02.26 / 14:20
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla