Yuxarı

Zakir Fərəcov Belçikanın ölkəmizdəki səfiri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Fərəcov Belçikanın ölkəmizdəki səfiri ilə görüşdü

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon ilə görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı şəhər rəhbəri qonağa Sumqayıtın yaranma tarixi, sənaye şəhəri kimi formalaşması, əhalinin məşğulluq səviyyəsi, sosial infrastrukturun inkişafı, eləcə də son illərdə həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verib.

Bildirilib ki, Sumqayıt bu gün Cənubi Qafqazın ikinci ən böyük sənaye mərkəzi olmaqla yanaşı, innovativ layihələrin icra olunduğu strateji şəhərlərdən biridir. Qeyd olunub ki, şəhərdə sənaye müəssisələrinin müasir standartlara uyğun yenidən qurulması, yeni texnologiyaların tətbiqi, ixracyönümlü və rəqabətqabiliyyətli məhsullar istehsal edən müəssisələrin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Xüsusilə kimya, metallurgiya, tikinti materialları və digər sahələrdə fəaliyyət göstərən müəssisələrin modernləşdirilməsi iqtisadi artıma mühüm töhfə verir.

Zakir Fərəcov vurğulayıb ki, xarici investorlar üçün əlverişli biznes mühiti formalaşdırılıb, sənaye zonalarında müxtəlif vergi və gömrük güzəştləri tətbiq olunur. Bu amillər beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi üçün real imkanlar yaradır. Şəhər rəhbəri Belçika şirkətlərinin Sumqayıtda həyata keçirilən layihələrdə iştirakının qarşılıqlı faydalı ola biləcəyini diqqətə çatdırıb.

Səfir Julyen de Frepon isə Sumqayıta rəsmi səfərindən məmnunluğunu ifadə edərək, şəhərdə müşahidə etdiyi dinamik inkişaf prosesini yüksək qiymətləndirib. Diplomat qeyd edib ki, Azərbaycan ilə Belçika arasında iqtisadi, ticarət, humanitar və mədəni sahələrdə möhkəm əlaqələr mövcuddur və bu münasibətlərin daha da dərinləşdirilməsi üçün geniş potensial var.

Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektiv istiqamətləri, xüsusilə sənaye, logistika, alternativ enerji və təhsil sahələrində mümkün birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər qarşılıqlı səfərlərin və işgüzar əlaqələrin intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.

Sumqayıta səfəri çərçivəsində səfir Julyen de Frepon Heydər Əliyev Mərkəzi, Şəhidlər Xiyabanı və bir sıra sənaye müəssisələrində də olub.

Tarix
2026.03.02 / 16:25
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Küveyt XİN başçısı ilə danışdı

AZAL təyyarəsi ilə bağlı kompleks addımlar atılacaq

İlham Əliyev Aleksey Overçuku qəbul etdi - Foto

Gərginlik: Bayramov Bəhreynin XİN başçısı ilə danışdı

Rusiya niyə İranı qoruya bilmir? - Ekspert

Bu ərəb ölkəsi İranı hədələdi: Cavabsız qala bilməz!

Britaniya onu Azərbaycana səfir göndərir

Bayramov Fidanla danışdı: Regional eskalasiya...

İranı nə gözləyir: Rejim dəyişikliyi, yoxsa “yumşalma”?

İran müharibəsi: Bayramov Kallasla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla