Yuxarı

FHN-in İdman-sağlamlıq klubunda idmançılarla görüş... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-in İdman-sağlamlıq klubunda idmançılarla görüş... - Foto

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda boks üzrə yeniyetmə və böyüklər (qızlar və oğlanlar) arasında keçirilən Azərbaycan çempionatında uğur qazanmış idmançılarla görüş keçirilib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, idman-sağlamlıq klubunda keçirilən görüşdə klubun rəisi polkovnik Füzuli Musayev, məşqçi müəllimlər və idmançılar iştirak ediblər.

Qeyd edək ki, Bakı Boks Mərkəzində keçirilən yarışda FHN-in boks üzrə yeniyetmə və böyüklərdən ibarət komandasının üzvləri İdman-sağlamlıq klubunun məşqçi müəllimləri Vüqar Hüseynov və Elşən İsayevin rəhbərliyi altında yüksək nəticələr əldə ediblər. Belə ki, yenyetmə qızlar arasında 52kq çəki dərəcəsində Alsu Yafarova bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Böyüklər arasında isə komandanın üzvü 80kq çəki dərəcəsində Ayxan Həsənov yarışın bürünc medalının sahibi olub.

Qaliblər Gənclər və İdman Naziirliyinin təsis etdiyi diplom və medalla təltif olunublar.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda iştirak edən məşqçi müəllimləri və nailliyyət əldə etmiş idmançıları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Tarix
2026.03.02 / 17:23
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla