Yuxarı

"Expressbank" – Yeni ünvanda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Expressbank" – Yeni ünvanda

"Expressbank" ASC müştərilərinin rahatlığını düşünərək "Nəsimi" filialını yeni - Bülbül prospekti, 23 ünvanınnda istifadəyə verib.

Müasir bankçılıq standartlarına uyğun dizayn edilmiş bu filialın geniş və rahat xidmət zalı həm fərdi, həm də biznes müştərilərinə çevik xidmət göstərməyə imkan verir.

Filialda müştərilərin bütün bank əməliyyatlarını – kreditlərin rəsmiləşdirilməsi, əmanətlərin yerləşdirilməsi, kart sifarişi, eləcə də kassa-hesablaşma xidmətlərini operativ şəkildə həyata keçirməsi üçün hər bir detal nəzərə alınıb. Həmçinin, filialın girişində quraşdırılmış 24/7 xidmət zonası vasitəsilə müştərilər günün istənilən vaxtı müasir NFC ATM və ödəniş terminallarından istifadə edərək müxtəlif bank əməliyyatlarını sərbəst şəkildə icra edə bilərlər.

Filialda fiziki şəxslərlə yanaşı, kiçik, orta və böyük sahibkarlıq subyektləri üçün geniş çeşidli biznes bankçılıq xidmətləri də təqdim edilir.

Bankın strateji hədəfi rəqəmsal innovasiyaların tətbiqi ilə fiziki xidmət şəbəkəsini təkmilləşdirmək və paytaxtın əlçatan nöqtələrində müştərilərə üstün bankçılıq təcrübəsi təqdim etməkdir.

"Expressbank" Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla 16 filialı ilə fəaliyyət göstərir.

Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın "İnstagram", "Facebook", "LinkedIN""Telegram" sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.

"Expressbank" Azərbaycan Mərkəzi Bankının 30 dekabr 1992-ci il tarixində verdiyi №119 lisenziya əsasında fəaliyyət göstərir.

Ünvan: Bakı şəhəri, Yusif Vəzir Çəmənzəminli küçəsi, 134C.

Tarix
2026.03.02 / 17:43
Müəllif
Axar.az
Digər xəbərlər

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

İsveçin İrandakı səfirliyi Bakıda fəaliyyət göstərir

Gevorkyan Azərbaycan benzinindən danışdı: Təəssüf...

Ankara və Bakını münaqişəyə cəlb etməyə çalışırlar

Qlobal enerji qiymətlərində kəskin artım: Azərbaycana təsiri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla