Yuxarı

"Hər işdə birinci qadınlar" yarmarkası uğurla yekunlaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Hər işdə birinci qadınlar" yarmarkası uğurla yekunlaşdı

8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində "Birbank Biznes"in təşəbbüsü ilə həyata keçirilən "Hər işdə birinci qadınlar" yarmarkası başa çatıb.

Artıq ənənə halını alan yarmarka "PASHA Malls"un dəstəyi ilə "Crescent Mall"da baş tutub. Ümumilikdə 50 sahibkar qadının iştirak etdiyi tədbir ziyarətçilər tərəfindən də maraqla qarşılanıb.

Yarmarka çərçivəsində unikal əl işləri, kreativ hədiyyələr və müxtəlif məhsullar layihəyə özəl endirimli qiymətlərlə satışa çıxarılıb. Tədbir qadın sahibkarlar üçün satış imkanlarının genişləndirilməsi, yeni müştərilərlə tanışlıq və potensial tərəfdaşlıqların qurulması baxımından effektiv platforma rolunu oynayıb.

Layihənin davamı olaraq qadın sahibkarlar üçün xüsusi kampaniyaya da start verilib. Belə ki, xanımların biznesinə dəstək məqsədi ilə təqdim olunan "She"s Next" kartı 15 mart 2026-cı il tarixinədək xanımlara ödənişzsiz olaraq hədiyyə edilir. Kart sahibinə manat, dollar və avro valyutalarında istifadə imkanı ilə yanaşı, müxtəlif bonuslar və əlavə imtiyazlar da təklif edir. "She"s Next" biznes kartını əldə etmək istəyənlər "Birbank Biznes"in rəsmi internet saytı və ya mobil tətbiqi vasitəsilə onlayn müraciət edə bilərlər. Həmçinin, 16 mart tarixinədək xanımların "Birbank Biznes" mobil tətbiqindən onlayn rəsmiləşdirdikləri kreditlərə heç bir komissiya tətbiq edilmir.

"Birbank Biznes" bu təşəbbüslərlə qadın sahibkarların fəaliyyətini dəstəkləməyi, onların bizneslərinin tanıdılması və inkişafı üçün yeni imkanlar yaratmağı hədəfləyir.

Sahibkarlığın inkişafına önəm verən "Birbank Biznes" "Kapital Bank" ASC-nin əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. "Birbank Biznes" müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən "Birbank Biznes" sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və yaxud 896 məlumat mərkəzinə zəng edin.

Tarix
2026.03.03 / 16:11
Müəllif
Axar.az
Digər xəbərlər

Overçuk Zəngilanda səfərdədir: Mühüm iclas keçirildi - Foto

Sahibə Qafarova Matviyenko ilə görüşdü: AZAL təyyarəsi...

Simonyanla Qafarova ayaqüstü görüşdü - Foto

Rusiyalı iş adamlarının Qarabağda quruculuqda iştirakı...

Azərbaycan Rusiya ilə sənədlər imzaladı

Ermənistandan 960 dollara nə almışıq? - İrəvan təkzib etdi

Kremldən AZAL təyyarəsi ilə bağlı açıqlama

Mustafayevdən Rusiya açıqlaması

Prezident və xanımı Türkiyədə səfərdədir - Foto

Azərbaycandan Ermənistana yüklərin daşınması...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla