Yuxarı

"Azercell"in bu layihəsi beynəlxalq mükafata layiq görüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azercell"in bu layihəsi beynəlxalq mükafata layiq görüldü

"Azercell"in qadınlara qarşı zorakılıqla mübarizə istiqamətində həyata keçirdiyi "Oflayn qadınlar" sosial təşəbbüsü beynəlxalq səviyyədə qiymətləndirilib. Layihə Londonda keçirilən "The Indie Awards 2026" mükafatlandırma mərasimində "İctimai Rifah" (Public Good Award) kateqoriyasında gümüş mükafata layiq görülüb.

Münsiflər heyəti təşəbbüsü yalnız yaradıcı konsepsiyasına görə deyil, eyni zamanda cəmiyyət üçün yaratdığı real və ölçülə bilən sosial təsirə görə də yüksək dəyərləndirib. Layihə rəqəmsal həllərin aktual sosial problemlərin həllində effektiv rol oynaya biləcəyini nümayiş etdirir.

Təşəbbüsün əsas məqsədi zorakılığa məruz qalan və ya risk altında olan qadınlar üçün təhlükəsiz, əlçatan və etibarlı informasiya mühiti formalaşdırmaqdır. oflaynqadinlar.az platforması istifadəçilərə psixoloji, fiziki və iqtisadi zorakılıq hallarında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun atılmalı addımlar barədə sistemli və aydın məlumat təqdim edir. Platformada hüquqi prosedurlar, psixoloji və sosial dəstək imkanları, maarifləndirici materiallar, eləcə də yardım göstərə biləcək dövlət və qeyri-hökumət qurumları barədə təsdiqlənmiş informasiya yer alır.

Layihənin mühüm üstünlüklərindən biri - onun maksimum əlçatanlıq prinsipi əsasında qurulmasıdır. "Azercell" abunəçiləri platformadan internet paketi və ya balansda vəsait olmadan da istifadə edə bilirlər.

Təşəbbüs 25 noyabr – Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə, BMT-nin "Narıncı Gün" təşəbbüsü çərçivəsində ictimaiyyətə təqdim olunub.

Xatırladaq ki, fərdi dəstəyə ehtiyac yarandığı halda qadınlar "Azercell"in dəstəyi ilə fəaliyyət göstərən "Qadın Dəstək Xətti"nə 116111 qısa nömrəsi vasitəsilə müraciət edə bilərlər. "Azercell" abunəçiləri üçün bu nömrəyə zənglər ödənişsizdir.

Tarix
2026.03.03 / 16:58
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla