Yuxarı

Kəmaləddin Heydərov BMMT-nin sessiyasında iştirak etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəmaləddin Heydərov BMMT-nin sessiyasında iştirak etdi

3 mart 2026-cı ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının növbədənkənar sessiyası keçirilib.

Axar.az xəbər verir ki, onlayn formatda baş tutan tədbirdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, BMMT-nin Baş katibi Ərgüc Kələntərli, İcraiyyə Şurasının üzv dövlətlərinin nümayəndələri iştirak ediblər.

Növbədənkənar sessiyanın açılışında çıxış edən Baş katib Ə.Kələntərli BMMT-nin cari fəaliyyəti, institusional sabitliyin təmin edilməsi və inzibati proseslərin bərpası istiqamətində görülmüş işlər barədə geniş hesabat təqdim edib. Baş katib Təşkilatın qərargahının Cenevrədəki “Millətlər Dairəsi”nə köçürülməsi və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində atılan addımları xüsusi vurğulayaraq, regional ofislərin yaradılmasının BMMT-nin qlobal təmsilçiliyinin genişləndirilməsi baxımından əhəmiyyətindən danışıb.

Növbədənkənar sessiyada Təşkilatın kadr potensialının gücləndirilməsi, mandatının tam əhatəli icrası üçün kompleks reaksiya yanaşmasının tətbiqi, üzv dövlətlərdə həyata keçirilən humanitar layihələrin cari vəziyyəti, büdcə dayanıqlığının təmin edilməsi məqsədilə hazırlanan adaptiv büdcə modeli və üzvlük haqlarının yenilənmiş cədvəli müzakirə olunub.

Sessiya çərçivəsində yaxın gələcək üçün nəzərdə tutulan mühüm tədbirlər, o cümlədən 2026-cı ildə keçiriləcək BMMT Baş Assambleyasının 27-ci və İcraiyyə Şurasının 59-cu sessiyalarının təşkili, 2027-ci ildə BMMT-nin himayəsi altında keçirilməsi planlaşdırılan ilk genişmiqyaslı beynəlxalq sahə təlimləri barədə ətraflı məlumat verilib.

Növbədənkənar sessiyanın sonunda İcraiyyə Şurası tərəfindən 2026-cı ilin büdcəsi, Daimi Katibliyin yeni strukturu və Təşkilatın maraqlarının hüquqi müstəvidə qorunmasına yönəlmiş qərarlar qəbul edilib və sessiya işini şəffaflıq prinsiplərinə sadiqlik bəyanatı ilə yekunlaşdırıb.

Tarix
2026.03.03 / 18:18
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla