Yuxarı

Metroda baş verən texniki nasazlıqlar... - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metroda baş verən texniki nasazlıqlar... - Açıqlama

Son günlər Bakı Metropolitenində texniki vəziyyətin əlavə yoxlanılması və plandankənar təmirə qaytarılması məqsədilə istismardan çıxarılan 3 qatarla bağlı araşdırmalar yekunlaşıb.

Axar.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb.

Bildirilir ki, fevralın 19-u metronun “Azadlıq Prokpekti” stansiyasında qeydə alınan hal maşinistin əlavə texniki baxışla bağlı müraciəti əsasında baş verib:

“Qatar “Dərnəgül” stansiyasının sərnişindaşımaya cəlb olunmayan yolunda texniki baxışdan keçirilib və zəruri ehtiyat tədbirləri görülüb. Hadisə pik saatdan əvvəl baş verdiyindən hərəkətə ciddi təsir olmayıb və interval fərqi qısa müddətdə aradan qaldırılıb. Digər iki hadisə isə nadir xarakter daşıyan texniki nasazlıqlarla bağlı olub, həmçinin Yaşıl və Qırmızı xətlərdə qısamüddətli interval artımına şərait yaradıb. Bir halda “Nərimanov-Əhmədli” sahəsində təxminən 3 dəqiqəlik fasilə yaranıb, fevralın 24-də baş verən digər halda isə qatar depoya göndərilənədək “28 May-İçərişəhər” sahəsində 15 dəqiqəlik gecikmə qeydə alınıb. Qatar xətdən çıxarıldıqdan sonra hərəkət ən qısa müddətdə bərpa olunub. Araşdırmalar göstərib ki, hallardan birində işıqlandırma sisteminin, digərində isə elektrik qidalanma avadanlığının mühafizə sistemi işə düşüb”.

Qeyd edilib ki, bu mexanizmlər nasazlığın mümkün fəsadlarının qarşısını alan avtomatlaşdırılmış təhlükəsizlik sistemləridir və onların işləməsi təhlükəsizlik baxımından düzgün reaksiya hesab olunur. Bununla yanaşı nasazlığın ilkin səbəbləri araşdırılıb və əlaqəli sistemlər əlavə yoxlanılıb:

“Nəticələrə əsasən 3-cü nəsil qatar tərkiblərində əlavə texniki baxışlar aparılıb, texniki nəzarət mexanizmləri gücləndirilib və məsul şəxslərlə bağlı müvafiq tədbirlər görülüb. Onu da qeyd edək ki, bütün qatarlara normativlərə uyğun vaxtında texniki qulluq göstərilir, təmir və ehtiyat hissələrlə təminatda problem mövcud deyil. Metro yüksək intensivliklə işləyən nəqliyyat sistemi olduğundan intervalda 1–3 dəqiqəlik dəyişiklik belə ictimai təsir yarada bilər. Hər üç hadisə zamanı operativ tədbirlər nəticəsində hərəkət qısa müddətdə bərpa edilib”.

Tarix
2026.03.03 / 18:43
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla