Yuxarı

Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış etdi

Regionda baş verən hadisələrlə əlaqədar 28 fevral 2026-cı il tarixindən etibarən Küveytin hava məkanı bağlı olaraq qalır.

Axar.az xəbər verir ki, bu, Azərbaycanın Küveytdəki səfirliyinin X-dəki hesabında yayılan elanda qeyd olunub.

"Vətəndaşlarımızın Küveytin rəsmi qurumlarının açıqlamalarını, eləcə də Azərbaycanın Küveyt Dövlətindəki Səfirliyinin məlumatlarını diqqətlə izləmələri, səlahiyyətli orqanlar tərəfindən verilən təhlükəsizlik qaydalarına və tövsiyələrinə ciddi şəkildə əməl etmələri tövsiyə olunur" , - məlumatda bildirilib.

Qeyd olunub ki, qeyri-rəsmi mənbələrdən yayılan məlumat və şayiələrə etibar edilməməsi vacibdir:

"Mövcud vəziyyəti nəzərə alaraq, vətəndaşlarımızın zəruri hallar istisna olmaqla yaşayış yerlərini tərk etməmələri, mümkün qədər evdə qalmaları tövsiyə edilir. Küçədə olarkən həyəcan siqnalları və ya partlayış səsləri eşidildiyi təqdirdə, dərhal qapalı və mühafizə olunan yerlərə sığınmaq vacibdir. Hava hücumundan müdafiə tədbirləri nəticəsində zərərsizləşdirilən sursat qalıqlarının düşməsi şəxsi təhlükəsizlik üçün risk yarada bilər".

Vətəndaşlar hər hansı fövqəladə vəziyyətlə üzləşdiyi təqdirdə Azərbaycanın Küveytdəki səfirliyinin birbaşa qaynar xətti olan +965 6095 5596 ilə əlaqə saxlaya bilərlər:

"Eyni zamanda, səfirliyin elektron poçt ünvanı vasitəsilə əlaqǝyǝ keçə bilərsiniz [email protected]".

Tarix
2026.03.03 / 19:48
Müəllif
Axar.az
Digər xəbərlər

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla