Yuxarı

Yaxın Şərqdə gərginlik: Aviabiletlər bahalaşdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaxın Şərqdə gərginlik: Aviabiletlər bahalaşdı - Video

Bəzi istiqamətlər üzrə aviabiletlər 20 faizə qədər bahalaşıb.

Axar.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, regionda baş verən hadisələr fonunda xüsusilə Asiya ölkələrinə uçuşlarda qiymət artımı müşahidə edilir.

Turizm məsələləri üzrə ekspert Rəhman Quliyev bildirir ki, Doha və Dubaya birbaşa uçuşların dayanması sərnişinləri alternativ marşrutlara yönləndirib. Bu isə tələbatı artırdığı üçün qiymətlərə də təsir göstərir.

Onun sözlərinə görə, adi vaxtda 1000 manata Asiya ölkələrinə bilet almaq mümkün idisə, indi bu, 1200-1500 manat arasında dəyişir.

Ekspert onu da əlavə etdi ki, İranda baş verən hadisələr təkcə qiymətlərə deyil, ümumi turizm axınına da təsir göstərir. Bəzi turistlər səyahət planlarını təxirə salır və ya istiqaməti dəyişirlər.

Mütəxəssislər hesab edirlər ki, bölgədə sabitlik bərpa olunarsa, aviabiletlərin qiymətində də tədricən normallaşma müşahidə edilə bilər.

Tarix
2026.03.04 / 09:28
Müəllif
Axar.az
Digər xəbərlər

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla