Yuxarı

Güclü yanğını “Bakı Abadlıq Xidməti”nin əməkdaşı törədib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güclü yanğını “Bakı Abadlıq Xidməti”nin əməkdaşı törədib

Ötən ilin yayında Bakının Suraxanı rayonunda, Zığ şosesi yaxınlığında baş verən yanğınla bağlı məhkəmə prosesi başa çatıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, təqsirləndirilən şəxs qismində hakim qarşısına “Bakı Abadlıq Xidməti” MMC-nin bağbanı 1995-ci il təvəllüdlü B.A çıxarılıb.

Məlum olub ki, onun odla ehtiyatsız davranması nəticəsində 863 ağac yanıb və təbiətə 25 min manat ziyan dəyib.

Araşdırma zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs ağaclıq sahəyə gəlib qurumuş otları ona verilmiş otbiçən maşınla təmizləmək əvəzinə, öz işini asanlaşdırmaq məqsədilə kibritlə otları yandırıb, daha sonra həmin alovu söndürmək istəsə də, hava şəraitinin küləkli olması səbəbindən buna nail ola bilməyib.

Bağban hadisə yerinə gəlmiş şəxslərə qorxduğu üçün çay qaynatmaq məqsədilə yandırdığı ocağın alovunun yayılması nəticəsində yanğının baş verməsini deyib. O törətdiyi əməldən peşiman olduğunu bildirib.

Məhkəmənin qərarına əsasən, bağbanın azadlığı 1 il müddətinə məhdudlaşdırılıb.

Qeyd edək ki, “Bakı Abadlıq Xidməti”nin rəhbəri Bünyad Qasımovdur.

Tarix
2026.03.04 / 13:12
Müəllif
Axar.az
Digər xəbərlər

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla