Yuxarı

“Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır

Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 12 məntəqədə “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Axar.az-a bildirilib ki, 11 gün fasiləsiz davam edəcək yarmarkaların təşkilində əsas məqsəd bayram günlərində yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, eyni zamanda, şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını təmin etməkdir.

Yarmarkalarda 25 regiondan iştirak edəcək 147 fermer, 150 çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkada hər gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

Yarmarka 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının yanı) ünvanı ilə yanaşı, ümumilikdə, 12 məntəqədə fəaliyyət göstərəcək.

Belə ki, martın 13-17-də paytaxtın müxtəlif ərazilərində - metronun “Əhmədli”, “Neftçilər” “Nəriman Nərimanov”, “Elmlər Akademiyası” və “Azadlıq” stansiyalarının yaxınlığında, həmçinin Abşeron rayonu Mehdiabad qəsəbəsi “Qarant” Yaşayış Kompleksində yarmarkalar təşkil olunacaq. Eyni zamanda, Sumqayıt, Xankəndi və Ağdaş şəhərlərində (Ağdaş şəhərində yeni bazar ərazisində) Novruz yarmarkalarının təşkili nəzərdə tutulur.

Bundan əlavə, martın 16-da Cəbrayıl rayonunun Horovlu kəndində, martın 17 də isə Zəngilan rayonunun Ağalı kəndində birgünlük səyyar yarmarkalar təşkil olunacaq.

“Kənddən Şəhərə” yarmarkalarında fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin edilirlər.

Tarix
2026.03.04 / 13:48
Müəllif
Axar.az
Digər xəbərlər

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla