Yuxarı

Tərtərdə şəhid ailələri və əlillərə daha 25 mənzil verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tərtərdə şəhid ailələri və əlillərə daha 25 mənzil verildi

Şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı tədbirlərinin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tərtər rayonunda da bu kateqoriyaya aid vətəndaşlara 25 mənzil təqdim edilib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, Tərtərdə yeni inşa olunmuş yaşayış binasından mənzillərin təqdim edilməsi tədbirində iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Nihad Muxtarlı şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstək tədbirləri ilə əhatə olunduqlarını vurğulayıb.

Qeyd edilib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Zəfər əldə etdiyi Vətən müharibəsindən sonra dövlətimizin başçısının göstərişi ilə şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Müharibədən sonrakı dövrdə onlara 7300-ə yaxın, ümumilikdə isə ötən illər ərzində 16 mindən çox mənzil və fərdi ev təqdim edilib.

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə yönələn sosial ödənişlərin artırılması, onların digər dəstək tədbirləri ilə əhatə olunması sahəsində aparılan işlərdən bəhs olunub.

Yeni mənzillə təmin olunan vətəndaşlar onların sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlərə, bu gün yeni mənzillə təmin edildiklərinə görə Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Tarix
2026.03.18 / 17:23
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla