Yuxarı

Abşeron rayonunda iftar süfrəsi açıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abşeron rayonunda iftar süfrəsi açıldı - Foto

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinə iftar süfrəsi açılıb.

Axar.az xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı Rizvan Nəbiyev, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, rayonun idarə rəhbərləri, şəhid ailələri və müharibə iştirakçıları iştirak edib.

RİH başçısının birinci müavini Yusif Sadıqov çıxış edərək tədbir iştirakçılarını qarşıdan gələn müqəddəs Ramazan və Novruz bayramları münasibəti ilə təbrik edib. Qeyd edilib ki, xalqımız özünün adət-ənənələrini və bayramlarını yaşadaraq tarixin sınaqlarından çıxarmış, ildən-ilə, nəsildən-nəsilə ötürərək qoruyub saxlamışdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş, islam dünyasının önəmli bir parçasına çevrilmişdir.

Sonra çıxış edən Milli Məclisin üzvü Rizvan Nəbiyev qeyd edib ki, artıq 6 ildir Ramazan və Novruz bayramı müstəqil və bütöv Azərbaycanda qeyd olunur. Soydaşlarımızın işğaldan azad olunmuş yurdlarımızda böyük qürur və iftixar hissi ilə bu bayramları qarşıladıqlarını söyləyən deputat vurğulayıb ki, ordumuzun qüdrəti günü–gündən güclənir və o, istənilən təxribatın qarşısını yerindəcə almağa qadirdir.

Daha sonra Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova və ilahiyyatçı Hacı Rasim Xudaverdiyev çıxış edərək Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi şərəfli qələbədən, ordumuzun göstərdiyi şücaətlərdən danışıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz ruhlarına dualar oxuyub, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində diqqət və qayğının göstərildiyini vurğulayıb və bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə edib.

Tarix
2026.03.19 / 17:06
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident bu konvensiyanı təsdiqlədi

Baş nazir Gürcüstana başsağlığı verdi

İlham Əliyevin xalqa Ramazan təbriki

ABŞ İrana ordu yeritməyə hazırlaşır - Plan

Yataqlara zərbələr başladı, region yanır – Bu ölkələr batacaq..

İlham Əliyev Mirziyayevlə danışdı

Bakıdan Ermənistana 488 ton taxıl yola salındı

Bayramov Ər-Riyadda çıxış etdi: Naxçıvana PUA hücumu...

Bayramov Ərəbistanda İshaq Darla görüşdü

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla