Yuxarı

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Vətəndaşlar üçün yeni qazanc fürsəti yaradan ABB istiqrazlarına abunə yazılışı uğurla tamamlanıb.

4 – 17 mart tarixləri arasında davam edən abunə yazılışı müddətində həm fiziki, həm də hüquqi şəxslərdən ABB istiqrazlarına böyük tələb formalaşıb. Sifarişlər satışa çıxarılmış həcmdən təxminən 5 dəfə çox olub. Bu da ABB istiqrazlarına yüksək etimadı bir daha nümayiş etdirir.

Vətəndaşlara yeni investisiya və qazanc imkanının yaradılması, ölkəmizdə qiymətli kağızlar bazarının inkişafına dəstək məqsədilə fiziki şəxslərə üstünlük hüququ verilib, ilk növbədə onların müraciətləri təmin olunub. ABB istiqrazlarını ümumilikdə 503 fiziki şəxs əldə edib.

İnvestorların 97%-i sifarişlərini ABB mobile tətbiqi vasitəsilə həyata keçirib.

Hər biri 5 milyon AZN həcmində 2 emissiya çərçivəsində buraxılmış, nominal dəyəri 100 manat olan, hər buraxılış üzrə 50 min ədəd adlı, faizli, təmin edilməmiş və sənədsiz istiqrazlar 1 il müddətinə illik 10%, 2 il müddətinə illik 11% gəlirliliklə təqdim edilib.

Faiz gəlirləri rüblük ödənilir və fiziki şəxslər üçün vergidən azaddır. İstiqrazların kütləvi təklif üsulu ilə yerləşdirilməsi 19 martda başa çatıb. İnvestorlar üçün təkrar bazarda alqı-satqı imkanı da yaradılacaq. İstiqrazlar Bakı Fond Birjasında tədavül ediləcək.

ABB istiqrazları Bankın daimi məhsullarından olacaq. Bundan sonra da investorlara kiçik həcmlərlə davamlı şəkildə təklif ediləcək. Növbəti tranş 2026-cı ilin 2-ci rübü ərzində elan olunacaq.

ABB istiqrazları investorlar üçün sabit gəlir imkanı təqdim etməklə yanaşı, ölkəmizdə kapital bazarlarının inkişafına da töhfə verir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Tarix
2026.03.19 / 17:52
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident bu konvensiyanı təsdiqlədi

Baş nazir Gürcüstana başsağlığı verdi

İlham Əliyevin xalqa Ramazan təbriki

ABŞ İrana ordu yeritməyə hazırlaşır - Plan

Yataqlara zərbələr başladı, region yanır – Bu ölkələr batacaq..

İlham Əliyev Mirziyayevlə danışdı

Bakıdan Ermənistana 488 ton taxıl yola salındı

Bayramov Ər-Riyadda çıxış etdi: Naxçıvana PUA hücumu...

Bayramov Ərəbistanda İshaq Darla görüşdü

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla