Yuxarı

Xırdalanda su problemi nə vaxt düzələcək? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xırdalanda su problemi nə vaxt düzələcək? - Açıqlama

Martın 26-sı gecə saatlarında başlayan yağışlardan sonra Xırdalan ərazisində su təchizatı ilə bağlı problemlər yaranıb. Sakinlərin sözlərinə görə, gün ərzində su ya ümumiyyətlə verilmir, ya da fasilələrlə gəlir. Bildirilir ki, ümumilikdə gündə təxminən 5 saat su olmur.

Məsələylə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Axar.az-a bildirilib ki, intensiv yağışlardan sonra ərazidəki nasos stansiyasında yaranan problem hazırda aradan qaldırılmaqdadır.

“Ötən gün axşamdan 2 nasos işə salınıb, dünən gecədən səhər saatlarına qədər suyun verilməsi bir sıra ünvanlar üzrə həyata keçirilib. Hazırda da nasosxanada bərpa işləri intensiv davam etdirilir.

Nasos stansiyasında yaranan vəziyyət tam aradan qaldırılan kimi bütün ünvanlar üzrə suyun verilməsi əvvəlki qrafikə uyğun bərpa ediləcək”, - açıqlamada qeyd edilib.

Tarix
2026.03.31 / 12:41
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Paşinyanın Azərbaycanla bağllı “hədəfi” - Plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla