Yuxarı

Tamerlan Qarayev Bakıdadır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tamerlan Qarayev Bakıdadır - Foto

Xəbər verdiyimiz kimi, Litvanın Baş naziri İnqa Ruqiniene Azərbaycanda rəsmi səfərdədir.

Baş nazir aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olub.

Daha sonra o, Şəhidlər xiyabanını ziyarət edib.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, həm Prezident qəbulunda, həm də Şəhidlər xiyabanını ziyarəti zamanı litvalı baş naziri Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev də müşayiət edib.

Qeyd edək ki, 1952-ci il təvəllüdlü hüquq elmləri doktoru Tamerlan Qarayev 1993-cü ildən diplomatik xidmətdədir.

Tamerlan Qarayev 1988-1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin üzvü, 1990-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədri olub.

O, 1991-1993-cü illərdə Milli Məclis sədrinin müavini, daha sonra isə birinci müavini vəzifələrində işləyib.

Tamerlan Qarayev 1993-cü ildən diplomatik xidmətdədir.

1993-cü ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi alan T.Qarayev elə həmin il Çinə diplomatik işə göndərilib. O, 1993-2001-ci illərdə Azərbaycanın Çindəki səfiri olub.

2004-2011-də Hindistanda (eyni zamanda 2006-2011-ci illərdə Azərbaycan Respublikasının Nepalda¸ Şri Lankada, Banqladeşdə, Maldiv Respublikasında) səfir işləyib.

2011-2018-ci illərdə Azərbaycan Respublikasının İndoneziyadakı diplomatik korpusuna rəhbərlik edib. 2012-2018-də Azərbaycan Respublikasının Sinqapurda, Filippində, Timor-Leste Demokratik Respublikasındakı səfiri işləyib.

13 dekabr 2018-ci il tarixində Azərbaycanın Litvada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Tarix
2026.04.09 / 13:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla