Yuxarı

Nazir və icra başçısı kiçik təsərrüfatlara baxış keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir və icra başçısı kiçik təsərrüfatlara baxış keçirdi

Ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Qobustan rayonunda 555 şəxs üçün kiçik təsərrüfatlar qurulub.

Axar.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov özünüməşğulluq proqramı çərçivəsində rayon sakinləri Balazər Fazil oğlu Cəfərov və Vüsal Ramiz oğlu Ağayev üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə B.Cəfərov üçün telefon təmiri, V.Ağayev üçün isə avtomobil şinlərinin bərpası və təmiri xidmətləri üzrə kiçik təsərrüfatlar qurulub. Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Qobustan rayonunda 555 şəxs üçün kiçik təsərrüfatlar qurulub.

Tarix
2026.04.10 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla