Yuxarı

Texniki insident nəticəsində insan itkisi... - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Texniki insident nəticəsində insan itkisi... - Açıqlama

Bakı metrosunda baş verən texniki insident nəticəsində hər hansı insan itkisi olmayıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteni QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

“Sərnişinlərimizin sağlamlığı və təhlükəsizliyi Bakı Metropoliteni üçün prioritet vəzifə olduğu üçün Bakı Metropoliteninin normativ tələblərinə uyğun olaraq dərhal müvafiq tədbirlər görülüb”, - deyə B.Məmmədov əlavə edib.

O bildirib ki, ilk növbədə bütün stansiyalarda istisnasız olaraq sərnişin axınının və sərnişin hərəkətinin tənzimlənməsi ilə bağlı müvafiq təlimatlar verilib, sərnişinlərimizin rahatlığı üçün onların müraciətlərinə diqqət edilməsinə xüsusi önəm verilib:

“Bundan əlavə olaraq, dərhal texniki araşdırmalara başlanılıb. İlkin verdiyim məlumat budur, amma bütün məsələlər texniki müstəvidə xüsusi qaydada araşdırılacaq, bütün versiyalar təhlil ediləcək. Bakı Metropoliteni üçün həmişə olduğu kimi, bugün də texniki məsələlərin tam şəffaf və açıq şəkildə ictimaiyyətə bildirilməsi prioritet vəzifə olaraq qalacaq”.

Tarix
2026.04.21 / 16:40
Müəllif
Axar.az
Digər xəbərlər

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

Sənədlərin imzalanması və mübadiləsi mərasimi oldu - Video

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

İlham Əliyev Tokayevi təbrik etdi

Mehriban Əliyeva Ziroatxon Mirziyayeva ilə görüşdü

Prezidentlərin təltifolunma mərasimi keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla