Yuxarı

Azərbaycanda iki fəsil yoxa çıxır: Əbədi qar...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda iki fəsil yoxa çıxır: Əbədi qar...

Son illərdə Azərbaycanda yaz və payız fəslinin sıradan çıxması, havanın bir qayda olaraq ya soyuq, ya da isti keçməsi müşahidə edilir. Hazırda aprel ayı olmasına baxmayaraq, paytaxt Bakıya intensiv yağışlar, dolu, regionlara isə qar yağır.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, ekspertlər qlobal istiləşmənin Azərbaycandan da yan keçmədiyini bildirirlər. Bundan sonra da mart-aprel aylarında analoji yağıntıların müşahidə olunacağı ehtimal edilir.

Rusiya Elmlər Akademiyasının Puşçino Elmi Bioloji Tədqiqatlar Mərkəzinin aparıcı elmi işçisi, iqlimşünas və biofizik Aleksey Karnauxov iqlim dəyişiklikləri ilə bağlı maraqlı fikirlər səsləndirib.

O bildirib ki, qlobal istiləşmə yaxın gələcəkdə dünyanın bir sıra regionlarında əbədi qar dönəmini başlada bilər:

“Gələcəkdə xüsusilə Rusiyanın Avropa hissəsində qarın əriməməsi gözlənilir. Ölkənin bu hissəsində may və aprel ayları artıq qış ayları hesab edilə bilər. 2026-cı ilin qışı normaldan daha soyuq olub. Mənfi 30°C qeyri-adi haldır. Qlobal istiləşmə Avropada, ümumiyyətlə, Rusiyanın Avropa hissəsində, Şimali Amerikada və Şimali Atlantika bölgəsində yeni buz dövrünə səbəb ola bilər”.

İqlimşünas prosesin dünyanın müxtəlif regionlarında yaşanacağını proqnozlaşdırıb.

Tarix
2026.04.21 / 23:51
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla