Yuxarı

Bitkiçilikdə subsidiya uyğunsuzluğu: cinayət işi başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bitkiçilikdə subsidiya uyğunsuzluğu: cinayət işi başladı

Bitkiçilik sahəsində subsidiya və güzəştlərin tətbiqində aşkarlanan uyğunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, Hesablama Palatası tərəfindən bununla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət olunub.

İdarədə müraciət əsasında Cinayət Məcəlləsinin müavafiq maddələri üzrə cinayət işi başlanılıb, araşdırma gedir.

Qeyd edək ki, Hesablama Palatasının bitkiçilik sahəsində dövlət dəstəyinin səmərəliliyi və nəticəliliyinə dair auditində subsidiya mexanizmlərinin idarə olunması, monitorinq, hesabatlılıq və nəzarət sahələrində ciddi nöqsanlar müəyyən edilib. Audit 2022-ci ilin əvvəlindən 2025-ci il aprelin 1-dək olan dövrü əhatə edib. Hesabata görə, məhv olmuş əkin sahələrinə görə 10,1 mln. manat, pambıq və tütün üzrə göstərici fərqlərinə görə 3,7 mln. manat subsidiya ödənilib. Bundan başqa, 157 min hektar torpaq sahəsi üzrə 34,55 mln. manat, 19 fermer üzrə isə 24,2 mln. manat əkin subsidiyasının ödənilməsinə yol verildiyi bildirilib.

Palata həmçinin qeyd edib ki, bəzi hallarda məhsul subsidiyaları və texnika güzəştləri üzrə də artıq ödəmələrə yol verilib, subsidiyaların bir hissəsi hüquqi şəxslərin hesablarına deyil, fiziki şəxslərin fermer kartlarına köçürülüb. Audit zamanı 18,8 mln. manat əkin subsidiyasından elektron qaimə-faktura olmadan istifadə edildiyi də aşkarlanıb.

Hesablama Palatası bitkiçilik sahəsində dövlət dəstəyinin səmərəliliyinin artırılması, monitorinqin gücləndirilməsi və maliyyə öhdəlikləri yaradan nöqsanların aradan qaldırılması ilə bağlı aidiyyəti qurumlara təkliflər verib.

Tarix
2026.04.22 / 11:19
Müəllif
Axar.az
Digər xəbərlər

Region üçün ən kəskin problemlərdən biri... - Baş nazir

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - Foto

Azərbaycanla aramıza nifaq salmaq üçün... – İran

YAP-ın MSK üzvlüyünə yeni namizədləri bəlli oldu

3 ölkə liderlərinin yanaşı dayanması dünyaya açıq mesajdır...

Prezidentlərin təkbətək görüşü oldu - Foto

Latviya prezidentinin rəsmi qarşılanma mərasimi oldu - Foto

İsrail səfirliyindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla