Yuxarı

TƏBİB müşavirləri 15 min manat maaş alır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
TƏBİB müşavirləri 15 min manat maaş alır?

TƏBİB-də işdən çıxarılan müşavirlərin aylıq 15 min manat maaş alması ilə bağlı yayılan məlumatlar ciddi müzakirələrə səbəb olub.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, TƏBİB sədrinin müşavirlərinin rəsmi əməkhaqları 15 000 deyil, 4200 manatdan başlayaraq 6000 manata qədər dəyişib. Lakin burada mühüm detal var: beş müşavirdən dördü yarım ştat əsaslarla çalışıb. Bu isə o deməkdir ki, həmin şəxslər göstərilən məbləğin tamını deyil, yarısını alıblar.

Bildirilir ki, yalnız bir müşavir – təchizat məsələləri üzrə müşavir Elnur Qurbanov tam ştatla fəaliyyət göstərib və tam əmək haqqı alıb.

Beləliklə, TƏBİB müşavirlərinin 15 min manat maaş alması ilə bağlı yayılan iddialar reallığı əks etdirmir. Mövcud rəqəmlər və ştat bölgüsü göstərir ki, ictimaiyyətə təqdim olunan məlumatlarla faktlar arasında ciddi fərq var.

Qeyd edək ki, TƏBİB-in işdən çıxarılan müşavirlərinin - Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov və Vüqar Yaqublunun vəzifədən azad edilməsi ilə bağlı məlumat dünən yayılıb.

Tarix
2026.04.22 / 13:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla