Yuxarı

Metro yenidən bağlanıb? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metro yenidən bağlanıb? - Rəsmi

Sosial şəbəkələrdə Bakı metrosuna girişin yenidən bağlı olması barədə videogörüntülər yayılıb.

Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Axar.az-a açıqlamasında bildirib ki, Bakı metrosuna girişin bağlı olması barədə xəbərlər həqiqəti əks etdirmir:

“Səhər saat 9-dan "28 May" stansiyasındayam. Biz dünən elan etdik ki, bu gün metroda şənbə gününün qrafiki tətbiq olunacaq. Şənbə günü metroda sərnişinin daha seyrək olduğu gündür. Bu gün isə iş günüdür, sərnişin axını var.

Sərnişin təhlükəsizliyini maksimum təmin etmək məqsədilə bütün stansiyalara tapşırıq verilib. Tənzimləmələr birbaşa giriş qapılarından başlamalıdır. Fəsadlar və təhlükəsizlik nəzərə alınaraq platformada ifrat sıxlığa, yüklənməyə yol verilməməlidir.

Platformaya uyğun olaraq yerin üstündə müvafiq tənzimləmələr aparılır. Bu gün hansısa stansiyanın bağlanması real deyil”.

Qeyd edək ki, ötən gün metroda texniki nasazlıq baş vermiş, metronun bütün stansiyalarına giriş məhdudlaşdırılmışdı.

Tarix
2026.04.22 / 14:44
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla