Yuxarı

Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı

Gürcüstanın Kvemo Kartli Polis İdarəsi və Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları yalan ifadə vermək və qrup halında törədilmiş xuliqanlıq ittihamı ilə 11 nəfəri saxlayıblar.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daha bir şəxsə isə sağlamlığa qəsdən ağır xəsarət yetirmə faktı üzrə qiyabi şəkildə ittiham irəli sürülüb.

Məlum olub ki, həyata keçirilən xüsusi əməliyyat bu il aprelin 2-də qətlə yetirilən 20 yaşlı azərbaycanlı Ümid Bayramovun toy günündən bir gün əvvəl - ciyər axşamı törənində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı olub.

Saxlanılan şəxslər hadisə ilə bağlı yalan ifadələr verib və istintaq prosesinə mane olublar. İş üzrə əsas sübutlardan biri kimi video-görüntülər göstərilir. Kadrlara əsasən, toyda olan gənclər arasında əvvəlcə sözlü mübahisə yaranıb, bu, daha sonra fiziki qarşıdurmaya çevrilib və Marneulinin mərkəzində davam edib. İstintaq versiyasına görə, qarşıdurmanın iştirakçılarından biri soyuq silahla təxminən 30 yaşlı kişini yaralayıb və hadisə yerindən qaçıb. Onun hələ də saxlanılmadığı bildirilir.

İstintaq Cinayət Məcəlləsinin 117-ci, 239-cu və 370-ci maddələri ilə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Tarix
2026.04.22 / 17:36
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Arakçı ilə danışdı

Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Azərbaycanla yenidən əməkdaşlığı zəruri hesab edirik

Rubiodan Azərbaycan açıqlaması: Bu səhifə bağlandı

Rusiyanın Ermənistan qərarı Azərbaycana dərs olmalıdır

İrəvanda mitinqdə azərbaycanca səs yazısı - Video

İrəvan bu dəyişiklikləri etməsə... - Dəmirtürk

Bu türk ölkəsi ilə hərbi əməkdaşlıq müzakirə edildi - MN

Argentina səfiri ADU-nun qonağı oldu

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla