Yuxarı

"Expressbank" sahibkarlarla görüş keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Expressbank" sahibkarlarla görüş keçirdi

"Expressbank" Sahibkarlar Günü münasibətilə Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək İctimai Birliyinin (GXSSD) üzvləri ilə işgüzar səhər yeməyi formatında görüş təşkil edib.

Görüşdə sahibkarlarla açıq dialoq aparılıb, onların sahibkarlıq fəaliyyətində üzləşdikləri maliyyə məsələləri və inkişaf imkanları müzakirə edilib.

Eyni zamanda tədbir çərçivəsində iştirakçılar üçün maliyyə savadlılığı mövzuları ətrafında qısa təlim də keçirilib. Təlim zamanı sahibkarlara maliyyə planlaması, nağd pul axınının idarə olunması və bank məhsullarından effektiv istifadə ilə bağlı praktiki məlumatlar təqdim olunub.

Qeyd edək ki, qısa müddət əvvəl "Expressbank" ilə Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək İctimai Birliyi arasında tərəfdaşlıq memorandumu imzalanmışdı. Bank sözügedən əməkdaşlıq çərçivəsində sahibkarların maliyyə savadlılığının artırılmasına dəstək göstərməyi, onların maliyyə alətlərinə çıxış imkanlarını genişləndirməyi və bizneslərinin inkişafına töhfə verməyi hədəfləyir.

"Expressbank" bu kimi təşəbbüslərlə sahibkarlarla əlaqələrin gücləndirilməsinə və ölkədə sahibkarlıq mühitinin inkişafına dəstək verməyə davam edir.

"Expressbank" Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla, 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın “İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

Təcili kredit üçün bura keçid edin!

Tarix
2026.04.23 / 10:36
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Qətər əmiri də Bakıya gəldi

İlham Əliyev Çinin XİN rəhbəri ilə görüşdü

İlham Əliyev Vicita Heratı qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla