Yuxarı

Bakıda bu parklar birləşdirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu parklar birləşdirilir

Bakının iki geniş piyada zonası olan Atatürk və Antena parklarının optimal şəkildə birləşdirilməsi imkanları təhlil edilib.

Bu barədə Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, bu layihə Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib və baxılaraq qəbul olunub.

"Artıq "Gənclik" metro stansiyasının şimal çıxışında, Atatürk parkının girişinə bitişik meydanda işlərə yaxın zamanda başlanılacaq. Qeyd edək ki, bu ərazi daim piyadalar üçün çoxsaylı maneələri, tənzimlənməyən parklanma yerləri olan məkan olub. Həyata keçirilən layihənin məqsədi bu ərazini də piyadalar üçün rahat şəhər mühitinə çevirməkdir.

Layihə çərçivəsində Atatürk parkının giriş hissəsində yaşıllıq zonası, skamyalar və söhbətgahlar, uşaq meydançası və digər obyektlər qurularaq müasir və cəlbedici ictimai məkan yaradılacaq. Bununla da Atatürk və Antena parkları, həmçinin ictimai nəqliyyat və ticarət obyektləri arasında piyada əlaqəsi yaradılacaq. Layihə həmçinin sakinlərin və turistlərin gəzinti zamanı təhlükəsiziyini artıracaq", - AYNA-dan bildirilib.

Tarix
2026.04.24 / 17:20
Müəllif
Axar.az
Digər xəbərlər

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Prezidentlərin təkbətək görüşü oldu

Prezidentlər və xanımları birgə foto çəkdirdilər

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

Prezidentlər Azərbaycan və özbək dillərində danışır - Hacıyev

Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi - Video

Yanacaqla bağlı problemlər həll olunmayıb… - Putin

Belə bir addımı iki dəfə Özbəkistanla atırıq - Hacıyev

Prezident Daşkənddə Ümummilli Liderin barelyefi önündə

Hikmət Hacıyev ona verilən hədiyyəni paylaşdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla