Yuxarı

Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü

Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və icraçı direktoru Aydın Veysəloğlu ADA Universitetində keçirilən “Senior Talks” layihəsi çərçivəsində tələbələrlə növbəti dəfə bir araya gəlib.

Layihənin davamı olaraq təşkil olunan görüş səhər yeməyi formatında baş tutub.

Xatırladaq ki, ADA Universitetinin Karyera Xidmətləri şöbəsi tərəfindən təşkil edilən “Senior Talks” layihəsinin əsas məqsədi iri şirkət rəhbərlərini tələbələrlə bir araya gətirmək, CEO-ların uğur hekayələrini bölüşmək, həmçinin tələbələri ölkədə fəaliyyət göstərən aparıcı qurumlar, onların iş prinsipləri və işə qəbul prosesləri ilə yaxından tanış etməkdir. Layihə çərçivəsində ADA Universitetində keçirilən əvvəlki görüşdə ümumilikdə 90 tələbə iştirak edib və tədbir böyük maraqla qarşılanıb.

Layihənin davamı olaraq keçirilən budəfəki görüşdə “Senior Talks”da iştirakçısı olan 12 tələbə, eləcə də Veysəloğlu Şirkətlər Qrupunun bir neçə rəhbər şəxsi iştirak edib. Səmimi mühitdə keçən səhər yeməyi zamanı tələbələr onları maraqlandıran suallarla Aydın Veysəloğluna və şirkətin rəhbər heyətinə müraciət ediblər.

Görüş zamanı tələbələrlə karyera inkişafı, liderlik bacarıqları, biznes mühiti,eləcə də real iş təcrübəsinə dair fikir mübadiləsi aparılıb. İştirakçılar əvvəlki görüşdə əldə etdikləri bilikləri daha da dərinləşdirmək, birbaşa ünsiyyət vasitəsilə praktiki tövsiyələr almaq imkanı qazanıblar.

Qeyd edək ki, “Senior Talks” proqramı akademik mühitlə biznes sektoru arasında körpü rolunu oynayaraq, tələbələrin peşəkar inkişafına mühüm töhfə verir. Bu kimi görüşlərin davamlı təşkili gənclərin real biznes dünyası ilə daha yaxından tanış olmasına və gələcək karyera seçimlərini daha düzgün istiqamətləndirməsinə xidmət edir.

Tarix
2026.04.28 / 14:25
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident onlara müraciət ünvanladı

İran və Türkiyədən Azərbaycana trol hücumları...

Hindistanın XİN rəhbəri Azərbaycana gəldi

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla