Yuxarı

Prezidentin təltif etdiyi Fərəcov məşhur “91-lər”dəndir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin təltif etdiyi Fərəcov məşhur “91-lər”dəndir

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ədalət Nurulla oğlu Fərəcovu 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edib.

Axar.az Modern.az-a istinadla Ədalət Fərəcov haqqında bəzi məlumatları təqdim edir.

Ədalət Fərəcov 1936-cı ildə Masallı rayonunun Kürdəbaz kəndində dünyaya gəlib. Masallı rayon onillik orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (ADPİ) ali təhsil alıb.

1963-cü ildə ali məktəbin Kimya-biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirən Ə.Fərəcov institutda saxlanılıb.

1970-ci ildə namizədlik dissertasiyası, 1990-cı ildə doktorluq dissetasiyası müdafiə edib.

1988-­1994-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) hərbi və fiziki təlim fakültəsinə dekan işləyib. 15 ildən artıq müddətdə respublikada biologiya fənni üzrə olimpiadanın sədri vəzifəsində çalışıb.

7 monoqrafiyanın, 8 dərsliyin, 3 dərs vəsaitinin və çoxlu sayda fənn proqramlarının müəllifidir.

1994-cü ildən 2017-ci ilədək ­ADPU-nun Fiziologiya kafedrasının müdiri, AMEA Fiziologiya İnstitutunun dissertasiya müdafiəsi şurasının həmsədri vəzifəsində işləyib.

Ədalət Fərəcov mərhum dövlət başçısı ­Heydər Əliyevə 1992-ci ildə müraciət imzalamış və Yeni Azərbaycan partiyasını yaradan məşhur 91-lərdəndir. 2006-cı ildə o, Prezident təqaüdünə layiq görülüb.

2017-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. Bundan başqa, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına, Elm və Təhsil Nazirliyinin “Əlaçı” döş nişanına layiq görülüb.

Prezident təqaüdçüsü, biologiya elmləri doktoru, professor Ədalət Fərəcov 90 yaşındadır.

Tarix
2026.05.01 / 13:18
Müəllif
Axar.az
Digər xəbərlər

Daşkənd İlham Əliyevin səfərinə belə hazırlaşır - Video

ABŞ Azərbaycan vətəndaşları ilə bağlı qadağanı ləğv etdi

Rusiyada köməksiz qalan həmyerlimizlə bağlı açıqlama

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla