Yuxarı

Hamını kövrəldən an: Samir Sarıyev kimdir? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hamını kövrəldən an: Samir Sarıyev kimdir? - Video

Xəbər verdiyimiz kimi, mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb. Görüş zamanı Prezidentin 44 günlük Vətən müharibəsi şəhidi Samir Sarıyevin atası Əli Sarıyev ilə dialoqu diqqət çəkib. O, şəhid atasına xüsusi sayğı və həssaslıqla yanaşıb. Həmin anları əks etdirən video sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Prezident İlham Əliyevin şəhid valideynlərinə və yaşlı nəslin nümayəndələrinə münasibəti həmişə təqdirəlayiq olub. Bu dəfə o, bir daha göstərdi ki, hörmət və ehtiram liderlik mədəniyyətinin ayrılmaz hissəsidir.

Bəs hamını kövrəldən həmin anların səbəbkarı olan şəhid haqqında nələr bilirik?

Samir Əli oğlu Sarıyev 26.11.1993-cü ildə Şirvanda dünyaya gəlib. Şirvan şəhəri, 202 saylı orta məktəbdə təhsil alıb.

Azərbaycan Ordusunun əsgəri Samir Sarıyev Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzulinin və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 23 oktyabrda Füzuli rayon Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub. O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzulinin və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

23 oktyabrda Füzuli rayon Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub. Ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Samir Sarıyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.

Tarix
2026.05.10 / 19:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

Ərdoğanın baş müşavirinin Azərbaycana qarşı qərəzi... - YAP

Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir

Laos prezidentinin şərəfinə rəsmi nahar verildi - Foto

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir

Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq... - Prezident

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla