Yuxarı

Cəbrayılda siqaret istehsal ediləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəbrayılda siqaret istehsal ediləcək

"Baku International Tobacco" MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının (Cəbrayıl rayonu) rezidenti statusu verilib.

Axar.az xəbər verir ki, məlumatı agentlik yayıb.

Bildirilib ki, yeni rezident, adından göründüyü kimi, tütün məmulatları (siqaret) istehsal edəcək. İnvestisiya dəyəri 47 milyon manat təşkil edən layihə çərçivəsində istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.

"Araz Vadisi İqtisadi Zonası"nda 20 sahibkarlıq subyektinə rezident, 3 sahibkara isə qeyri-rezident statusu verilib. Sahibkarlar indiyə qədər Sənaye Parkına 48,3 milyon manatdan çox investisiya qoyub, 130-dan artıq iş yeri yaradıb.

Tarix
2026.05.12 / 18:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir

Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq... - Prezident

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Paşinyan: Azərbaycanla sülh “təməl daşı” olacaq

Prezidentlərin təkbətək görüşü oldu

Laos prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi - Foto

Musayev erməni qadını niyə vurduğunu açıqladı

İki gəmiyə dron hücumu: heyətdə 8 azərbaycanlı var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla