Yuxarı

Uşaq evlərinin sakinləri üçün xüsusi məşğələlər təşkil edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uşaq evlərinin sakinləri üçün xüsusi məşğələlər təşkil edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1, 2 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrinin sakinləri üçün “Tanıma və güvən” layihəsi çərçivəsində rəqs məşğələləri təşkil olunub.

Axar.az xəbər verir ki, valideyn himayəsindən məhrum olmuş 4-7 yaş arası 20 uşağı əhatə edən layihənin məqsədi uşaqların özünüifadə bacarıqlarının, sosial ünsiyyətinin, özgüvən hissinin və emosional inkişafının dəstəklənməsidir.

Proqram çərçivəsində uşaqlarla idman, milli, bal və müasir rəqs elementlərini özündə birləşdirən məşğələlər keçirilib.

Layihənin müəllifi və rəhbəri idman ustası, peşəkar rəqqas və pedaqoq Ruslan Tolmaçov məşğələlər zamanı uşaqlarda ritm duyumu, koordinasiya, komanda işi, səhnə davranışı və yaradıcı düşüncə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində müxtəlif interaktiv fəaliyyətlər həyata keçirib.

“Tanıma və güvən” layihəsinin davam etdirilməsi nəzərdə tutulub.

Tarix
2026.05.12 / 18:05
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir

Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq... - Prezident

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Paşinyan: Azərbaycanla sülh “təməl daşı” olacaq

Prezidentlərin təkbətək görüşü oldu

Laos prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi - Foto

Musayev erməni qadını niyə vurduğunu açıqladı

İki gəmiyə dron hücumu: heyətdə 8 azərbaycanlı var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla