Yuxarı

Sürücülərə xəbərdarlıq: Alternativ yollardan istifadə edin

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücülərə xəbərdarlıq: Alternativ yollardan istifadə edin

17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək.

Əməliyyat Şirkətindən Axar.az-a verilən məlumata görə, monitorinq çərçivəsində mayın 13-də saat 10:00–14:00 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti üzrə müvəqqəti tənzimləmələr tətbiq olunacaq.

Monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismən Heydər Əliyev prospekti (Sabunçu körpüsünə qədər), Mehdi Hüseyn küçəsi, Xocalı prospekti, Rixard Zorge küçəsi, Zərifə Əliyeva küçəsi, Lermontov küçəsi eləcə də tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.

“Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından qeyd olunan tarixdə səfərlərini əvvəlcədən planlaşdırmaları, mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər mərkəzi arasında hərəkət edən H1 ekspress avtobus marşrutu fəaliyyətini normal və fasiləsiz şəkildə davam etdirəcək. Eyni zamanda, fərdi nəqliyyat vasitələri və taksilər hava limanı ərazisinə alternativ yollar vasitəsi ilə sərbəst daxil olub çıxa biləcəklər. Gecikmələrin qarşısını almaq məqsədilə səfərlərin öncədən planlaşdırılması tövsiyə olunur.

WUF13 öncəsi keçirilən nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi son on il ərzində Azərbaycanda keçirilən bir sıra qlobal tədbirlərə hazırlıq çərçivəsində də uğurla həyata keçirilib”, - məlumatda deyilir.

Tarix
2026.05.12 / 18:44
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

Azərbaycan XİN İtaliyanı təbrik etdi - Foto

Regional enerji əməkdaşlığının yeni mərhələsi formalaşır

Qərb və Rusiya Ermənistanda 7 iyunda “yarışacaq”

Məsud Özil Bakıdan paylaşım etdi - Foto

Bakı və Vaşinqton arasında mühüm müzakirə aparıldı

Bakıda 8 milyardlıq müqavilələr imzalandı

İlham Əliyev Latviyaya səfərə dəvət olundu

Azərbaycanla bu ölkə arasında diplomatik əlaqə quruldu

Putin İrəvana qarşı “əsas silah”ını işə saldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla