Yuxarı

Maaşınız gecikirsə, hər gün üçün əlavə pul almalısınız!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maaşınız gecikirsə, hər gün üçün əlavə pul almalısınız!

Son günlər sosial şəbəkələrdə müxtəlif dövlət qurumlarında maaşların gecikdirildiyi barədə məlumatlar yayılır. Bu isə işçilər arasında narazılığa səbəb olmaqla yanaşı, əmək münasibətləri məsələsini yenidən gündəmə gətirib.

Qanunvericilikdə əmək haqqının gecikdirilməsi ilə bağlı konkret qaydalar müəyyən edilib. Bəs belə hallarda işçilər hansı hüquqlara malikdir?

Axar.az xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında əmək hüququ üzrə ekspert Etibar Qarayev bildirdi ki, maaşın verilmə müddəti Əmək Məcəlləsində dəqiq şəkildə tənzimlənir. Onun sözlərinə görə, təcrübədə bəzən işəgötürənlər istehsalat və ya ümumi fəaliyyətlə bağlı səbəbləri əsas gətirərək əmək haqqının verilmə müddətini pozur və nəticədə ödənişlər gecikir:

"Əmək Məcəlləsində isə bu hal dəqiq tənzimlənir və qeyd olunur ki, əgər əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikirsə və bu hal əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində əlavə ödəniş verilməlidir".

E.Qarayev qeyd edib ki, burada iki məqama diqqət yetirmək lazımdır:

1. Əmək mübahisəsinin yaranmaması – yəni tərəflər arasında məhkəmə mübahisəsi yoxdur və məsələ əmək qanunvericiliyinə uyğun şəkildə həll olunur. Başqa sözlə, tərəflərdən heç biri digərini məhkəməyə verməyib.

2. İşəgötürənin təqsiri anlayışı – əmək haqqının gecikməsi işəgötürənin hərəkəti və ya hərəkətsizliyindən asılı olmalıdır. Əmək Məcəlləsinə əsasən bu, əmək haqqının vaxtında hesablanmaması, müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması, eləcə də işəgötürənin iradəsindən və imkanından asılı olan digər hallarda əmək haqqının vaxtında ödənilməməsi kimi başa düşülür. Məsələn, bank tərəfindən qanunvericilik tələblərinin pozulması və ya əməliyyatların gecikdirilməsi kimi işəgötürəndən asılı olmayan hallar baş verərsə, bu zaman işəgötürənin təqsiri hesab olunmur".

Hüquqşünas sonda əlavə edib ki, maaşın gecikdirilməsi işçilərin hüquqlarının pozulmasıdır və belə hallarda işəgötürən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır:

"Belə vəziyyətlə üzləşən işçilər isə Dövlət Əmək Müfəttişliyinə müraciət edə bilərlər".

Tarix
2026.05.12 / 19:47
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniya səfirinin diplomatik fəaliyyəti başa çatdı

Şərif İlham Əliyevə zəng etdi: Bakıya gələ bilmir!

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

Rusiya Azərbaycanın təklifini dəstəklədi

Bu ölkə Ermənistanı daim silahlandıracaq

Şəhid Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla