Yuxarı

“Azercell” beynəlxalq sertifikatına layiq görüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azercell” beynəlxalq sertifikatına layiq görüldü

“Azercell Telekom” MMC beynəlxalq səviyyədə tanınan “Great Place to Work®” (“Əla İş Yeri”) sertifikatına ardıcıl ikinci dəfə layiq görülüb. Korporativ mədəniyyət və iş mühitinin qiymətləndirilməsi üzrə beynəlxalq “Great Place to Work®” sertifikatı şirkət əməkdaşlarının anonim rəylərinə əsaslanır.

Qiymətləndirmə zamanı “Azercell” əməkdaşlarının demək olar ki, 90%-i şirkəti işləmək üçün ideal mühit kimi dəyərləndirib. Bu göstərici şirkətdə formalaşdırılmış güclü korporativ mədəniyyətin, əməkdaş rifahına verilən önəmin və davamlı inkişaf yanaşmasının real göstəricisi kimi çıxış edir.

“Azercell”in İnsan Kapitalı üzrə baş direktoru Dilarə Hüseynova bildirib ki, insan kapitalının inkişafı şirkətin uzunmüddətli strateji prioritetləri sırasında xüsusi yer tutur:

“Ölkənin ən arzuolunan iş yerlərindən biri olmaq “Azercell”in əsas strateji hədəflərindəndir. Biz inklüziv və dəstəkləyici iş mühitinin formalaşdırılmasına, gender bərabərliyinin təşviqinə və əməkdaşlarımızın peşəkar inkişafına davamlı şəkildə investisiya yatırırıq. Ötən il bu istiqamətdə beynəlxalq tərəfdaşlıqlarımız daha da genişlənib. IE Business School, FranklinCovey kimi nüfuzlu institutlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən liderlik və etik idarəetmə proqramları şirkətdə məsuliyyətli liderlik yanaşmasının və davamlı öyrənmə mədəniyyətinin daha da güclənməsinə töhfə verib. Əməkdaşlarımızın “Azercell”i artıq ikinci dəfə “Əla İş Yeri” kimi qiymətləndirməsi bizim üçün ən dəyərli göstəricidir”.

Qeyd edək ki, “Great Place to Work®” iş mühiti, korporativ etimad, liderlik yanaşması və əməkdaş məmnuniyyəti sahəsində dünyanın ən nüfuzlu qiymətləndirmə platformalarından biri hesab olunur.

Tarix
2026.05.21 / 16:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İran Ərəbistanı bu sözlərlə hədələdi – İnanılmaz

Məsələ dindirmi: Azərbaycanda nə baş verir? - Ağar

Keyfiyyətli təhsilə nail olmaq istəyiriksə... - Deputat

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

Azərbaycan və Kambocanın birinci xanımları görüşdü

Nəsimi Musayevə görə Qriqoryan da işdən qovuldu

Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla