Yuxarı

Zakir Həsənov Ərdoğanla birgə təlimi izlədi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov Ərdoğanla birgə təlimi izlədi - Foto

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan nümayəndə heyəti İzmirin Doğanbəy bölgəsində keçirilən "EFES - 2026" çoxmillətli birgə müştərək təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak edib.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokel məruzə edərək təlimin ümumi gedişatı, qarşıya qoyulmuş tapşırıqların məqsədi və yerinə yetirilmə ardıcıllığı barədə məlumat verib.

Qeyd olunub ki, "EFES - 2026" təlimində ilk dəfə olaraq T625 GÖKBEY helikopterləri, 105 mm Boran yedəkli haubitsaları, MEMATT minatəmizləmə vasitələri, KARAOK, UMTAS və L-UMTAS tank əleyhinə raket sistemləri, eləcə də ASLAN SARP UKKS insansız yerüstü idarə olunan kəşfiyyat və atəş vasitələrindən istifadə edilir.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bu cür təlimlərin əhəmiyyətini qeyd edib və hərbi qulluqçulara uğurlar diləyib.

Təlimi izləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Yüksək Səviyyəli Müşahidəçi Gününün iştirakçılarını salamlayıb, "EFES - 2026" təliminin regional və qlobal sülhə, əmin-amanlığa və sabitliyə böyük töhfə verdiyini vurğulayıb.

Sonra təlimə cəlb edilən bölmələr praktiki olaraq müxtəlif taktiki epizodları icra ediblər.

Daha sonra yüksək səviyyəli nümayəndələr aviasiya vasitələrinin nümayiş uçuşlarını, xüsusi təyinatlıların paraşüt tullanışlarını və "Mehteran" birliyinin çıxışlarını izləyiblər.

Yüksək Səviyyəli Müşahidəçi Günü çərçivəsində təşkil olunan Müdafiə Sənayesi Sərgisinə gələn qonaqlar nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olublar.

Beynəlxalq təlimdə iştirak edən Azərbaycan hərbi qulluqçularının peşəkarlığı yüksək qiymətləndirilib.

Tarix
2026.05.21 / 16:34
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla