Yuxarı

Leyla Əliyeva Esvatini kralı ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyeva Esvatini kralı ilə görüşdü

Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Esvatini Şahzadəsi Lindani Dlamini və bu ölkənin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri, senator Folile Şakantu da iştirak ediblər.

Səfəri çərçivəsində Azərbaycan Prezidenti ilə görüşünü məmnunluqla xatırlayan Esvatini Kralı BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) yüksək səviyyədə təşkil edildiyini deyərək, bununla bağlı təbriklərini çatdırıb.

Leyla Əliyeva təbriklərə və xoş sözlərə minnətdarlığını bildirdi, öz növbəsində WUF13-ün dünyanın müxtəlif ölkələri arasında şəhərsalma sahəsində təcrübə mübadiləsi aparmaq üçün uğurlu platforma olduğunu deyib.

Görüşdə Azərbaycan-Esvatini ikitərəfli əlaqələrinin inkişafı üçün yaxşı imkanların olduğu bildirildi, Heydər Əliyev Fondu ilə bu ölkə arasında mümkün əməkdaşlığın perspektivləri müzakirə olunub.

Tarix
2026.05.21 / 20:14
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İran Ərəbistanı bu sözlərlə hədələdi – İnanılmaz

Məsələ dindirmi: Azərbaycanda nə baş verir? - Ağar

Keyfiyyətli təhsilə nail olmaq istəyiriksə... - Deputat

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

Azərbaycan və Kambocanın birinci xanımları görüşdü

Nəsimi Musayevə görə Qriqoryan da işdən qovuldu

Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla