Yuxarı

Azərbaycanlı bu xarici universitetlərin təqaüdünü qazandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı bu xarici universitetlərin təqaüdünü qazandı

Zəngilan sakini, 2009-cu il təvəllüdllü Yusif Yaqubov nüfuzlu xarici ali təhsil müəssisələrindən təqaüd qazanıb.

Axar.az Report-a istinadla xəbər verir ki, Y.Yaqubov ailəsi Zəngilan şəhərinə ilk köçlə gələnlərdəndir.

Hazırda 11-ci sinif şagirdi olan Y.Yaqubov Bakı şəhərindəki Fizika-Riyaziyyat Təmayüllü Liseydə təhsil alıb. O, riyaziyyat üzrə respublika fənn olimpiadasının qaliblərindəndir.

Zəngilanlı məktəbli Azərbaycandakı ali təhsil müəssisələrinə də imtahansız qəbul hüququ qazanıb. O, ADA Universiteti, Bakı Ali Neft Məktəbi (BANM), UNEC və digər universitetlərdən qəbul alıb.

Onun qəbul aldığı xarici universitetlər arasında Böyük Britaniyanın Edinburq Universiteti, Çinin Şanxay "Jiao Tong" Universiteti və Harbin Texnologiya İnstitutu, Cənubi Koreyanın Seul Milli Universiteti, Türkiyənin Bilkənt, Sabancı və Koç universitetləri, ABŞ-nin Arizona Dövlət Universiteti və Peys Universiteti yer alır.

"Jiao Tong" Universiteti məktəbliyə 37 min, Bilkənt Universiteti 72 min, Sabancı Universiteti 109 min 500, Koç Universiteti 64 min 800, Arizona Dövlət Universiteti 80 min, Peys Universiteti isə 148 min ABŞ dolları məbləğində təqaüd təklif edib.

Yusif Yaqubov xaricdə təhsil almaq istəyini reallaşdırmaq üçün dövlət proqramına müraciət edib.

Tarix
2026.05.24 / 13:59
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş nazirinin rəsmi qarşılanma mərasimi oldu

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla