Yuxarı

Dövlət qurumlarının rəhbərləri Bakı-Tiflis qatarında - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət qurumlarının rəhbərləri Bakı-Tiflis qatarında - Foto

Dövlət qurumlarının rəhbərləri dəmir yolu və sərhəd-keçid məntəqələrində xidmətin təşkili ilə tanış olublar.

Bu barədə Axar.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, mayın 28-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərləri dəmiryolu nəqliyyatı vasitəsilə Azərbaycan–Gürcüstan marşrutu üzrə hərəkət edən yük və sərnişin qatarlarında sərhəd və gömrük nəzarətinin təşkili, rəsmiləşdirmə proseslərinin həyata keçirilməsi, vətəndaş məmnuniyyətinin təmin olunması, habelə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi məqsədilə Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik dəmiryolu stansiyalarına baxış keçiriblər.

Səfər çərçivəsində qeyd olunan stansiyalarda mövcud infrastruktur, sərhəd və gömrük nəzarətinin təşkili vəziyyəti, sərnişin və yük daşımalarının operativ və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün yaradılmış şərait, eləcə də xidmətin təşkili ilə bağlı mövcud mexanizmlər yerində yoxlanılıb.

Baxış zamanı sərhəd-keçid prosedurlarının təkmilləşdirilməsi, rəsmiləşdirmə proseslərinin sürətləndirilməsi, vətəndaşlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, həmçinin nəqliyyat təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində müvafiq tapşırıqlar verilmiş, aidiyyəti üzrə qarşıda duran vəzifələr müəyyən edilib.

Qeyd olunub ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, beynəlxalq nəqliyyat dəhlizləri üzrə təhlükəsiz və fasiləsiz daşımaların həyata keçirilməsi, eləcə də vətəndaş məmnuniyyətinin artırılması məqsədilə aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyət bundan sonra da davam etdiriləcək.

Tarix
2026.05.29 / 10:35
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla