Yuxarı

Uşaqlar günü Xətaidə belə qeyd edildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uşaqlar günü Xətaidə belə qeyd edildi - Video

1 iyun 2026-cı ildə "Şəhərsalma və Memarlıq ili" çərçivəsində "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti, Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi, YAP Xətai rayon təşkilatı, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə konsert proqramı təşkil olunub.

Axar.az xəbər verir ki, tədbirə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, şəhid və qazi övladları, rayon sakinləri qatılıblar.

Çıxış edənlər uşaqları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, hər bir uşağa sülh, əmin-amanlıq şəraitində yaşamaq və xoşbəxt gələcək arzulayıblar. Daha sonra dövlət uşaq siyasətindən danışan natiqlər ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində vahid və güclü qanunvericilik bazasının olduğunu diqqətə çatdırıb, dövlətimizin hər bir sahə üzrə uşaqlar üçün yaratdığı imkanlardan bəhs edərək uşaqlara daim xüsusi diqqət və qayğının göstərilməsi, sağlamlığının qorunması, onlar üçün keyfiyyətli təhsil imkanlarının təmin edilməsi, layiqli vətəndaş kimi formalaşmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıblar.

Konsertdə tanınmış müğənnilər və Xətai rayonunda fəaliyyət göstərən uşaq musiqi məktəblərinin istedadlı yetirmələri bir-birindən maraqlı, şən musiqi və rəqs nömrələri təqdim ediblər.

Böyük coşqu və vətənpərvərlik əhval-ruhiyyəsi ilə keçən konsert proqramı sakinlər, xüsusən də balacaların qəlbinə sevinc, üzünə təbəssüm gətirib.

Tarix
2026.06.02 / 11:45
Müəllif
Axar.az
Digər xəbərlər

Daha üç xəstəxananın direktoru işdən çıxarıldı

Pakistan MMU-nun nümayəndə heyəti HDQ-ni ziyarət etdi

Əli Əsədov Numan Qurtulmuşla görüşdü

ADY Çində Azərbaycanın bu imkanlarını təqdim edir - Foto

İraq lideri İlham Əliyevə məktub ünvanladı

İlham Əliyev Qalibafa Bakının bəyanatını xatırlatdı

Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN

İlham Əliyev Qalibafı qəbul etdi

Ceyhun Bayramov Polşaya getdi

Prezident Numan Qurtulmuşu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla