Yuxarı

Azərbaycanda yeni agentlik yaradılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda yeni agentlik yaradılır

Prezident İlham Əliyev Kibertəhlükəsizlik sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi haqqında fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kibertəhlükəsizlik və fərdi məlumatların mühafizəsi sahələrində idarəetmə, tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, bu sahələrdə həyata keçirilən fəaliyyətin optimallaşdırılması və dövlət nəzarətinin səmərəliliyinin artırılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılsın.

2. “Milli Kibertəhlükəsizlik Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki:

3.1. Milli Kibertəhlükəsizlik Agentliyi (bundan sonra – Agentlik) ölkədə kibertəhlükəsizlik sahəsində tənzimləmənin və nəzarətin (kritik informasiya infrastrukturlarına, dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə yalnız məlumat mübadiləsinin) həyata keçirilməsini, həmçinin dayanıqlılığın artırılmasını, o cümlədən informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, informasiya infrastrukturlarının kibertəhlükəsizliyinin pozulmasına yönəldilmiş hərəkətləri aşkarlamaq, araşdırmaq və qarşısını almaq üçün preventiv tədbirlərin görülməsini (dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturları, eləcə də kritik informasiya infrastrukturları istisna olmaqla), mövcud və yarana biləcək kibertəhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, dövlət və qeyri-dövlət qurumlarının kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki dəstək göstərilməsini təmin edən (ali kateqoriya dövlət orqanlarına, mühafizə olunan şəxslərə, qorunan və strateji obyektlərə, habelə dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə aidiyyəti səlahiyyətli orqan vasitəsilə, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə münasibətdə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan vasitəsilə), habelə yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsinə qarşı tədbirlər görən və fərdi məlumatların mühafizəsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir;

3.2. Agentlik bu Fərmanın 1-ci hissəsində qeyd edilən dövlət orqanının hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir;

3.3. Agentliyin nizamnamə fondu bu Fərmanın 1-ci hissəsində qeyd edilən dövlət orqanı üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş və həmin dövlət orqanının öhdəliklərinin tam icra olunduğu tarixədək istifadə olunmamış vəsait hesabına formalaşdırılır;

3.4. Agentliyin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri fəaliyyətindən, o cümlədən göstərdiyi xidmətlərdən əldə olunan vəsait və qanunla qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir;

3.5. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 4 (dörd) üzvdən – sədr və onun 3 (üç) müavinindən ibarət İdarə Heyəti yaradılır.

4. Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;

4.1.2. Agentliyin idarəetmə orqanlarının yaradılması;

4.1.3. Agentliyin yenidən təşkili və ləğvi;

4.2. Nazirliyə:

4.2.1. bu Fərmanın 4.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Agentlik dövlət qeydiyyatına alındığı gündən 1 (bir) ay müddətində bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan dövlət orqanının balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etsin və Agentliyin maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Nazirlik:

6.1. Agentliyin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;

6.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

7. “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 860 (Cild I) 4-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

“4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkədə ümumi kibertəhlükəsizlik vəziyyətini mütəmadi təhlil etsin, əhalinin, dövlət və qeyri-dövlət qurumlarının rəqəmsal vasitələrdən istifadə zamanı mövcud və yarana biləcək kibertəhlükələr barədə məlumatlandırılmasını həyata keçirsin, onlara texniki və metodiki dəstək göstərsin (ali kateqoriya dövlət orqanlarına, mühafizə olunan şəxslərə, qorunan və strateji obyektlərə, habelə dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə aidiyyəti səlahiyyətli orqan vasitəsilə, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə münasibətdə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan vasitəsilə), ölkəyə daxil olan ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədilə telekommunikasiya operatoru, provayderi və aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə qabaqlayıcı tədbirlər görsün və mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.”.

8. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli

1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815, № 12 (I kitab), maddə 1294, (II kitab), maddə 1367; 2025, № 2, maddə 127, № 3, maddə 232, № 4 (I kitab), maddə 325, № 5, maddə 463, № 6, maddələr 541, 561, № 8, maddələr 756, 763, № 9, maddə 820, № 10, maddə 898, № 11, maddələr 1018, 1036; 2026, № 1, maddə 36, № 2, maddə 123, № 3, maddə 226; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 15 aprel tarixli 643 nömrəli və 6 may tarixli 660 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 31-5.2-ci bəndində “yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri” sözləri “tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyətinin sədri, onun müavinləri, departament direktoru, onun müavini, şöbə müdiri, baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis” sözləri ilə əvəz edilsin.

9. “Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 41 (Cild I); 2024, № 2, maddə 155, № 6 (I kitab), maddə 654, № 8, maddə 948, № 12 (I kitab), maddə 1287; 2025, № 3, maddələr 224, 227, № 6, maddə 552, № 8, maddə 759; 2026, № 3, maddə 227) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 5-ci hissədən “, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin işçilərinin say həddi 30 ştat vahidi” sözləri çıxarılsın;

9.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3-cü hissəsi üzrə:

9.2.1. 3.0.36-cı və 3.0.36-1-ci yarımbəndlərə “sistemlərinin” sözündən sonra “(ali kateqoriya dövlət orqanlarının, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin və dövlət sirrinə aid edilən fərdi məlumatların informasiya ehtiyatları və sistemləri istisna olmaqla)” sözləri əlavə edilsin;

9.2.2. 3.0.67-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.0.67. ölkədə ümumi kibertəhlükəsizlik vəziyyətini mütəmadi təhlil etmək, əhalini, dövlət və qeyri-dövlət qurumlarını rəqəmsal vasitələrdən istifadə zamanı mövcud və yarana biləcək kibertəhlükələr barədə məlumatlandırmaq, onlara texniki və metodiki dəstək göstərmək (ali kateqoriya dövlət orqanlarının, mühafizə olunan şəxslərə, qorunan və strateji obyektlərə, habelə dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə aidiyyəti səlahiyyətli orqan vasitəsilə, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə münasibətdə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan vasitəsilə), ölkəyə daxil olan ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədilə telekommunikasiya operatoru, provayderi və aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə qabaqlayıcı tədbirlər görmək, kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını (kritik informasiya infrastrukturları, dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə yalnız məlumat mübadiləsini) həyata keçirmək;”;

9.2.3. 3.0.67-1-ci yarımbənddə “qurumlarına” sözü “orqanlarına (qurumlarına)” sözləri ilə əvəz edilsin;

9.2.4. 3.0.67-2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.0.67-2. ölkədə kibertəhlükəsizlik sahəsində koordinasiyanı (kritik informasiya infrastrukturları, dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə yalnız məlumat mübadiləsini) və preventiv tədbirlərin görülməsini, habelə kibertəhlükələr barədə məlumatların toplanılmasını və araşdırılmasını, eləcə də ölkə üzrə digər informasiya infrastrukturlarının kibertəhlükəsizliyinin pozulmasına yönəldilmiş hərəkətlərin aşkarlanmasını və araşdırılmasını, qarşısının alınmasını təmin edən milli kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin fəaliyyətini təşkil etmək, milli və sahəvi kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri arasında vahid məlumatlandırma mexanizmlərini müəyyən etmək;”;

9.2.5. 3.0.69-cu yarımbəndə “sistemlərində” sözündən sonra “(ali kateqoriya dövlət orqanlarının, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin və dövlət sirrinə aid edilən fərdi məlumatların informasiya ehtiyatları və sistemləri istisna olmaqla)” sözləri əlavə edilsin;

9.2.6. 3.0.70-ci yarımbənddə “elektron təhlükələrin” sözləri “kibertəhlükələrin” sözü ilə əvəz edilsin;

9.2.7. 3.0.83-1-ci yarımbənddə “Nazirliyin yanında Elektron Təhlükəsizlik Xidməti” sözləri “tabeliyindəki qurum” sözləri ilə əvəz edilsin;

9.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturu”nun 5-ci hissəsi ləğv edilsin.

10. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1826 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 9, maddə 1004; 2025, № 8, maddə 759) ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın

7.1.11-ci yarımbəndində “elektron təhlükələr” sözləri “kibertəhlükələr” sözü ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 iyun tarixli 742 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1034 (Cild I); 2025, № 1, maddə 20) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 1.6.2-ci yarımbəndində “elektron təhlükələrin” sözləri “kibertəhlükələrin” sözü ilə əvəz edilsin.

12. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 10, maddə 1376 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 4 may tarixli 659 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Normativ hüquqi aktlar” informasiya sistemi haqqında Əsasnamə”nin 7.1.4-cü yarımbəndində “elektron təhlükələr” sözləri “kibertəhlükələr” sözü ilə əvəz edilsin.

13. “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 571 (Cild I); 2025, № 5, maddə 477) 1-ci hissəsində “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi” sözləri “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri” sözləri ilə əvəz edilsin.

14. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026, № 2, maddə 162) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın “8. Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 8.4.1-ci yarımbəndinin “aralıq nəticələr” və “yekun nəticələr” sütunlarında ismin müvafiq hallarında “Elektron Təhlükəsizlik Xidməti” sözləri ismin müvafiq hallarında “Milli Kibertəhlükəsizlik Agentliyi” sözləri ilə əvəz edilsin.

15. “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 235 (Cild I) ləğv edilsin.

Tarix
2026.06.02 / 14:25
Müəllif
Axar.az
Digər xəbərlər

BTQ istismara verildi

Enerji strategiyası ölkənin inkişaf modelini formalaşdırdı

Ankara-İrəvan yaxınlaşması nə vəd edir? – “Stratfor”

İlham Əliyev İtaliya prezidentini təbrik etdi

İran bu 3 tələbdən çəkilməyəcək – Türk general

Tramp onu Azərbaycana səfir göndərmək istəyir

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

Azərbaycan XİN İtaliyanı təbrik etdi - Foto

Regional enerji əməkdaşlığının yeni mərhələsi formalaşır

Qərb və Rusiya Ermənistanda 7 iyunda “yarışacaq”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla