Yuxarı

BTQ modernləşdirmədən sonra istifadəyə verildi – Sədr

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BTQ  modernləşdirmədən sonra istifadəyə verildi – Sədr

Bu gün Bakı–Tiflis–Qars (BTQ) dəmir yolu modernləşdirmədən sonra daha böyük yükdaşıma imkanları ilə istifadəyə verildi. Bu layihənin uğurla tamamlanması həm ölkəmiz, həm də bütövlükdə region üçün əlamətdar hadisədir.

Axar.az xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bildirib.

O qeyd edib ki, BTQ dəmir yolu ənənəvi nəqliyyat bağlantısından Avrasiyanın strateji logistika arteriyalarından birinə çevrilib:

“Hazırda BTQ sadəcə alternativ marşrut deyil, Orta Dəhlizin mühüm struktur elementi kimi Azərbaycanın coğrafi mövqeyini real iqtisadi və strateji üstünlüyə çevirən vacib infrastrukturdur.

BTQ-nin əhəmiyyəti ilk növbədə onun Şərq–Qərb tranzitində Azərbaycanın rolunu genişləndirməsi ilə bağlıdır. Bu xətt sayəsində logistika imkanlarımız Xəzər keçidi və Gürcüstan limanları ilə məhdudlaşmır, Türkiyə üzərindən Avropa dəmir yolu sisteminə birbaşa çıxışımız var. Dəmir yolu və dəniz daşımalarının uğurlu inteqrasiyası ilə ölkəmiz klassik tranzit ölkəsi statusundan çıxaraq regional logistika platformasına çevrilib.

BTQ-nin indiki səviyyəyə çatması üçün, cənab prezidentin hər dəfə qeyd etdiyi kimi, infrastruktura böyük investisiyalar qoyulub. 2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən bu dəmir yolunun Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində modernləşdirmə işləri aparılıb. Görülən işlər nəticəsində BTQ-nin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb”.

Sədr qeyd edib ki, BTQ-nin Gürcüstan hissəsində hansı işlərin görüldüyünü qısaca qeyd etmək istərdim. 13 dəmir yolu stansiyası, həmçinin 200-ə yaxın bina və mühəndis qurğusu əsaslı təmir edilib:

“Enerji təchizatının yaxşılaşdırılması məqsədilə 200 km-dən çox kontakt şəbəkəsi xətti yenilənib, eyni zamanda, 340 km uzunluğunda 10 kV-luq elektrik xətti təmir olunub.

Daha dayanıqlı əməliyyatlar üçün 61 km yeni dəmir yolu xətti çəkilib. Həmçinin ətraf infrastruktur 41 km yeni avtomobil və piyada yolu ilə təkmilləşdirilib.

Mühüm məqamlardan biri bu işlərin böyük hissəsinin çətin dağlıq relyefdə, şaxtalı qış və quraqlıq yay kimi sərt iqlim şəraitində görülməsidir. Bunlara baxmayaraq, modernləşdirmə layihəsi vaxtında və uğurla tamamlanıb.

Paralel olaraq Azərbaycan tərəfində də mühüm işlər görülüb. ADY Bakı–Böyük Kəsik sahəsində əsaslı təmir işləri həyata keçirib, enerji sistemini yeniləyib.

Qeyd etdiklərim görülmüş işlərin texniki dildə yox, sadə dildə icmalıdır deyə bilərəm. Çünki, bildiyiniz kimi, bu cür layihələrin texniki detallarını saymaqla bitmir.

Modernləşdirmə işlərindən sonra, 18 may 2026-cı il tarixində Azərbaycan və Gürcüstan rəhbərlərinin iştirakı ilə BTQ dəmir yolu xətti layihəsinin təhvil-təslimi üzrə yekun akt, eləcə də ADY və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətləri tərəfindən yaradılmış “BTKI Railways” MMC birgə müəssisəsinin işə salınması ilə bağlı sənədlər imzalanıb.

Yenilənmiş BTQ Çin və Mərkəzi Asiyanı Avropaya bağlayan ən qısa və çevik quru marşrutlarından biri kimi daha funksional və səmərəli bağlantı statusundadır. Xüsusilə Çin tərəfi ilə imzaladığımız sənədlərdə Orta Dəhliz boyunca yükdaşımaların təkmilləşdirilməsi üçün BTQ-dən daha geniş istifadənin təşviqinə xüsusi diqqət ayırmışıq. Və bu proses artıq reallaşma mərhələsindədir.

Fürsətdən istifadə edib bu layihədə böyük əmək sərf edən Azərbaycan inşaatçıları, mühəndisləri, dəmiryolçuları, texniklərinə və digər bütün peşəkarlara təşəkkürümü bildirirəm. Onların gördüyü işlər həm Azərbaycanın, həm də regionun nəqliyyat xəritəsində yeni imkanları əlçatan edib”.

Tarix
2026.06.02 / 15:57
Müəllif
Axar.az
Digər xəbərlər

BTQ istismara verildi

Enerji strategiyası ölkənin inkişaf modelini formalaşdırdı

Ankara-İrəvan yaxınlaşması nə vəd edir? – “Stratfor”

İlham Əliyev İtaliya prezidentini təbrik etdi

İran bu 3 tələbdən çəkilməyəcək – Türk general

Tramp onu Azərbaycana səfir göndərmək istəyir

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

Azərbaycan XİN İtaliyanı təbrik etdi - Foto

Regional enerji əməkdaşlığının yeni mərhələsi formalaşır

Qərb və Rusiya Ermənistanda 7 iyunda “yarışacaq”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla