Yuxarı

Yeni trend: siqaret yerini digər alternativlərə verir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni trend: siqaret yerini digər alternativlərə verir

Bir neçə il əvvələ qədər siqaret dedikdə insanların ağlına yalnız alışqan, külqabı və ağır tütün qoxusu gəlirdi. İndi isə vəziyyət dəyişib. Son illərdə elektron siqaretlər və qızdırılan tütün məhsulları sürətlə yayılan nikotin istehlakı vasitələrinə çevrilib. Hər iki məhsul geniş istifadə olunsa da, bir çox insan onları eyni hesab edir. Halbuki elektron siqaret və qızdırılan tütün məhsulları həm tərkibinə, həm işləmə mexanizminə, həm də hüquqi statusuna görə bir-birindən ciddi şəkildə fərqlənir.

Axar.az xəbər verir ki, mövzu xüsusilə son qanun dəyişikliklərindən sonra daha da aktuallaşıb.

Azərbaycanda qanunvericiliyə əsasən elektron siqaretlərin idxalı, satışı və istifadəsi 2026-сı ilin aprelin 1-dən qadağan edilir. İctimai yerlərdə elektron siqaret istifadəsinə görə 30 manat cərimə tətbiq olunur. Elektron siqaretlərin qanunsuz satışı və dövriyyəsinə görə isə fiziki şəxslər üçün 350 manatdan 500 manatadək, vəzifəli şəxslər üçün 1650 manatdan 2200 manatadək, hüquqi şəxslər üçün isə 4 min manatdan 5 min manatadək cərimələr nəzərdə tutulur. Qızdırılan tütün məhsulları isə qanunda ayrıca kateqoriya kimi müəyyən edilib və elektron siqaret hesab olunmur.

Elektron siqaret və qızdırılan tütün məhsulu arasındakı əsas fərq onların tərkibindədir. Elektron siqaretlərdə həqiqi tütün olmur. Bu cihazlar xüsusi mayeni qızdıraraq buxara çevirir. Həmin mayenin tərkibində əsasən nikotin, propilenqlikol, bitki qliserini və müxtəlif aromatlar yer alır. Elektron siqaretlərin populyarlaşmasının əsas səbəblərindən biri müxtəlif dad seçimlərinin olması və istifadəsinin rahat görünməsi idi.

Qızdırılan tütün məhsullarında isə həqiqi tütündən istifadə olunur. Bu sistemlər tütünü yandırmır, yalnız müəyyən temperaturda qızdırır. Nəticədə klassik siqaret tüstüsü deyil, nikotin tərkibli aerozol yaranır. Bu məhsullar üçün xüsusi hazırlanmış tütün çubuqları istifadə edilir. Yəni veyp məhsullarında tütün yoxdur və maye əsaslı sistem işləyir, qızdırılan tütün məhsullarında isə real tütün mövcuddur, sadəcə yanma prosesi baş vermir.

Mütəxəssislərin fikrincə, adi siqaretin əsas təhlükəsi nikotindən çox, tütünün yanması nəticəsində yaranan tüstüdür. Adi siqaret yandıqda 6 mindən çox kimyəvi maddə əmələ gəlir və onların təxminən 100-ə yaxını toksik və təhlükəli hesab olunur. Ağciyər xərçəngi, bronxit, ürək-damar xəstəlikləri və digər problemlər əsasən məhz bu tüstü ilə əlaqələndirilir. Qızdırılan tütün məhsullarında isə yanma olmadığı üçün bəzi zərərli maddələrin səviyyəsinin daha aşağı olduğu bildirilir.

Dünya təcrübəsi də bu sahədə maraqlı nümunələr ortaya çıxarır. Yaponiyada qızdırılan tütün məhsulları yayıldıqdan sonra siqaret satışlarının azalması sürətlənib. Əgər 2011-2015-ci illərdə azalma tempi ildə orta hesabla 1,8 faiz idisə, sonrakı dövrdə bu göstərici 9,5 faizə yüksəlib. 2018-2025-ci illərdə ölkədə təxminən 51 milyard ədəd daha az klassik siqaret satıldığı bildirilir.

İsveçdə isə gündəlik siqaret çəkənlərin payı 2025-ci ildə təxminən 4,9 faizə qədər düşüb və ölkə Avropada ən aşağı siqaret göstəricilərindən birinə malik olub. Böyük Britaniyada isə ilk dəfə veyp istifadəçilərinin sayı siqaret çəkənləri üstələyib. Hazırda ölkədə təxminən 5,4 milyon veyp istifadəçisi və 4,9 milyon siqaret çəkəni var.

Beynəlxalq statistikaya görə, hazırda dünyada təxminən 1,2 milyard insan siqaret çəkir. Bu o deməkdir ki, dünya əhalisinin təxminən hər yeddi nəfərindən biri nikotin istifadəçisidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hər il dünyada 7 milyondan çox insan tütünlə əlaqəli xəstəliklər səbəbindən həyatını itirir. Bunun təxminən 1,3 milyonu passiv siqaret çəkmənin nəticəsidir. Araşdırmalar göstərir ki, siqaret çəkən insanların 55-70 faizi bu vərdişi tərgitmək istədiyini bildirsə də, onların böyük hissəsi bunu bacarmır. Hətta siqareti atanların təxminən 80 faizi müəyyən müddətdən sonra yenidən bu vərdişə qayıdır.

Müasir dünyada əsas müzakirə artıq “siqaret zərərlidirmi?” sualı deyil. Bu artıq qəbul olunmuş faktdır. Əsas məsələ milyonlarla insanın sağlamlıq riskini necə azaltması və hansı alternativin daha uyğun olmasıdır. Bununla belə, mütəxəssislərin ortaq fikri dəyişmir: insan sağlamlığı üçün ən təhlükəsiz seçim bu zərərli vərdişdən tam uzaq durmaqdır.

Tarix
2026.06.03 / 12:14
Müəllif
Axar.az
Digər xəbərlər

Azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır

Onlar bu gündən yeni hüquqi kimlik qazanırlar

Paşinyan Azərbaycanla bu kəndi dəyişmək istəyir

Rusiya təzyiqi artan vaxt Ərdoğanın Paşinyana zəngi...

Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər

Bakıda Hindistanla bağlı konfrans keçirilir

Əliyev və Paşinyanın bir araya gəlməsi... - Senator

Hikmət Hacıyev İran səfiri ilə görüşdü

Biz Bakı ilə real nəticələr əldə etmək istəyirik - Orr

Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla